ALiYeVdən Günlük Bürclər 24.12.2014

23 Aralık 2014
2 624
0
ALiYeVdən Günlük Bürclər 24.12.2014
ALiYeVdən Günlük Bürclər 24.12.2014

Qoç - başladığınız işləri tamamlamamış yeni işlər planlaşdırmayın. Çalışdığınız məkanda problemlər yarana bilər. Ətrafınızdakı insanlar təşəbbüslərlə çıxış etməyinizə alışıblar. Çətin situasiyalarda lider olun. Tənbəllik etməyin, ətalətə qapılmayın.Əvvəlki vaxtlarla müqayisədə ev işləri daha çoxdur. Nə etmək gərəkdiyini yaxşı bilin, çaş-baş qalmayın. Gəlirlər olacaq. Amma onlar gözlədiyiniz qədər böyük deyil.Günün ikinci yarısında əhvalınız pisləşə bilər.

Buğa - sürəkli çətinliklər yaranır və onların dəf olunması böyük qüvvə tələb edir. Baş verənlərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.Yaxın ətrafınızdakı insanların, qohumların və dostların dəstəyinə bel bağlamayın. Sözsüz, onlar sizə kömək etmək istəyirlər. Di gəl, onlardan nə istədiyinizi dəqiq bilmirlər.Belə problem həllini tapmazsa və zəruri tədbirlər görülməzsə, ciddi münaqişə yarana bilər.
Alış-veriş, sərmayə yatırmaq məsləhət deyil. Hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək.
Əvəzində şəxsi münasibətlərdə irəliləyiş olacaq.

Əkizlər - uğurlu və münasib gündür. Yeni layihələrə başlamaq, mühüm danışıqlara qatılmaq, potensial tərəfdaşlar və sifarişçilərlə müzakirələr aparmaq olar. Qarşınızda yeni perspektivlər açılır.Yeni planlar yaradıcılıq potensialınızın daha parlaq şəkildə reallaşmasına təkan verəcək.
Səyahət və səfərlər üçün münasib vaxtdır. Yeni təəsüratlar pozitiv, emosiyalar yaxşıdır. Romantik tanışlıq ola bilər.

Xərçəng - gün uğurlu olacaq. Başladığınız işləri ən yaxşı şəkildə başa vurmağa çalışın. İşlərinizdə qayda yaratmaqla yanaşı, yardıma ehtiyacı olan insana kömək edin. Ən cəsarətli layihələrin reallaşdırılmasına başlamaq olar. Çəkinməyin, irəliləyin. İşdə sizə kömək ola biləcək insanla qarşılaşacaqsınız. Həmin adamda xoş təəssürat yaratmağa çalışın.Yaxınlarınızla münasibətlərdə həssas olun, sevdiyiniz insanın qayğısına qalın. Yeni tanışlıqlar asanlıqla yaranır. Təmaslarda diqqətli olun. Ləyaqətsiz insanlarla əlaqə qurmayın.

Şir - ağır problem yarana bilər. Müşkülün öhdəsindən gəlin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlamayın, səbrli və diqqətli olun. Çətinliklərinizlə baş-başa qalmayın.Gəlirlər istisna deyil. Bədxərclik etməyin, alış-verişdə emosiyalara qapılmayın. Əyləncədən imtina edin. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlər müstəvisində də lider məziyyətlərinizi nümayiş etdirin. Yaxınlarınız sizi dəstəkləyəcək. Amma qayğıdan sui-istifadə etməyin.
Başqasının səhvinə görə məsuliyyət daşımalı olacaqsınız.

Qız - diqqət mərkəzində olacaqsınız. Bundan yararlanın. Yeni tanışlıqlar istisna deyil. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla görüş olacaq.
Yeni yaranacaq münasibətin perspektivi yoxdur.Gün ərzindəki təəssüratlar darıxdırıcıdır. Qeyri-adi, parlaq hisslər istəyəcəksiniz.
Macəralar aramayın, cari işlərin çözümü ilə məşğul olun.Enerji potensialı səviyyəsi yüksəkdir. İdman və fiziki əməklə məşğul olmaq üçün yaxşı gündür.

Tərəzi - daha ciddi uğurlara nail ola bilərsiniz. Qərarlarınız cəsarətli, addımlarınız orijinal olsun. Rəqiblər və bədxahlarınızla müqayisədə məqsədinizə daha sürətlə, daha tez çatmağa çalışın.Üstəlik, intuisiyanız daha kəskindir. Minimum informasiyaya malik olsanız belə, hadisələrin inkişafı istiqaməti və potensial məcrasını təxminləməyə çalışın.İşgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır.Sərfəli anlaşmalara nail olun, əzmkar davranın. Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş istisna deyil.
Fəqət, çalışmaq gərəkdir: özbaşına heç nə yaşanmayacaq.

Əqrəb - işlərə anlaqlı, ciddi yanaşma tələb olunur. Şənlənmək, problemlər yoxmuş kimi davranmaq zamanı deyil.
Yaxınlarınız sizə yardım etmək istəyirlər. Lakin onlar bütün qayğılarınızı öhdələrinə götürmək niyyətində deyillər. Bu səbəbdən də tənbəl, ətalətli olmayın, faydalı işə başlayın.Fəaliyyət planının əvvəlcədən hazırlanması gərəksiz vurnuxmadan qurtulmağa imkan verəcək.
Axşam saatlarında romantik tanışlıq, rəğbət bəslədiyiniz insanla yaxınlaşma ola bilər.

Oxatan - çətinliklərə və yaranan problemlərə rəğmən gün uğurlu alınacaq. Maliyyə məsələlərində irəliləyişlər olacaq. Sərfəli anlaşmalar və gəlirlər istisna deyil. Alış-veriş pis olmayacaq. Zövqünüzə güvənin.Nüfuzlu insanlarla görüş pis alınmayacaq. Çox iş görə biləcək insanın dəstəyini ala bilərsiniz. Şəxsi münasibətlərlə işgüzar əlaqələri qarışdırmayın.Axşam saatlarında ailəvi istirahəti seçin.

Oğlaq - səbrli, təmkinli olun. Yalnız belə olarsa, yaxın ətrafınızdakı insanlarla münaqişənin yaranmasının qarşısını almaq olar. Sizi təxribata çəkəcək, sınayacaqlar.
Xoşagəlməz xatirələr əhvalınızı korlayacaq. Ötənlərdə yaxşı davranmadığınız anlarla bağlı xatirələrə tez-tez qayıtmayın. Amma bununla belə, səhvlərinizin təhlili gələcəkdə belə yanlışlıqların təkrarlanmasının qarşısını ala bilər.İşdə həmkarlarla münasibətlər rəvan deyil. Onlar sizin həddən ziyadə tələbkar olduğunuzu düşünürlər. Səfər və ya səyahət üçün əlverişli zaman deyil. Axşam saatlarını evdə keçirin.

Dolça - səhv və yanlışlıqlar, işdə və evdə ciddi problemlərin yaranması şansı var. Sakitliyi, soyuqqanlılığı qorumaq çətindir. Lakin dürüst qərarı təmkinlə vermək, çətin vəziyyətdə səbrli davranmaq sizə problemləri həll etməyə imkan verəcək.Yeni tanışlıqlar istisna deyil. Bu gün qarşılaşdığınız insanlar ilk əvvəl xoşagəlməz təsir bağışlasa da, az sonra onları layiqincə dəyərləndirəcəksiniz.Şəxsi problemləri müzakirə etmək məsləhət deyil. Dəstək və ya yaxşı məsləhət ala bilməyəcəksiniz.
Günün ikinci yarısında izafi yorğunluqdan çəkinin. Belə yorğunluq səhhətinizdə fəsadlar yarada bilər.

Balıqlar - mühüm qərarlar qəbul etmək olar. Lakin onların reallaşması ilə tələsməyin. İri sövdələşmələr, bahalı əşyaların alınması üçün əlverişli gün deyil. Maliyyə məsələlərinin həllini təxirə salın.Nüfuzlu insanlarla görüşlərdə diqqətli və sayıq olun, səlis davranın, etiket qaydalarına əməl edin. Bütün bunlar qarşı tərəfdə xoş təəssürat yaratmağa kömək edəcək.Yaşamınızda ciddi dəyişikliklərə başlamaq üçün əlverişli zamandır. Qəti qərar üçün tələskənlik etməyin.
Axşam saatlarında imiclə eksperimentlər etmək olar. Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.