ALiYeVdən Günlük Bürclər 29.12.2014

28 Aralık 2014
2 536
0
ALiYeVdən Günlük Bürclər 29.12.2014
ALiYeVdən Günlük Bürclər 29.12.2014

Qoç - bu gün çalışanda eksperiment edə bilərsiniz. Sizi məqsədə aparacaq yolu yaxın ətrafınızdakı insanlar təqdir etməyə bilərlər. Lakin qəbul etdiyiniz qərarların dürüstlüyünə inamınız önəmli məqamdır.Maliyyə durumu əlverişlidir. Çoxdan arzuladığınız əşyanı ala bilərsiniz.Əvvəllər qarşılıqlı anlaşmaya nail ola bilmədiyiniz insanlarla da dil tapa bilərsiniz.Birmənalı olmayan xarakterə malik insanla tanışlıq istisna deyil.

Buğa - yalnız maraqlı və gerçəkdən də, mühüm işlərlə məşğul olun. İkinci dərəcəli, rutin və darıxdırıcı işi başqasına həvalə etmək olar. Yanınızda olan insanlar arasında belə iş istəyən var.Yeni ideyaları təhlil etmək, tamamilə fərqli istiqamətdə qüvvələri sınamaq üçün münasib zamandır.Mövqeyinizi açıq izhar edin. Səmimiyyət romantik münasibətlərə təkan verəcək. Sevdiyiniz insanın xətrinə dəyməyin.Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Əkizlər - başladığınız işi mütləq bitirin. Vaxtınızı alacaq və ya sonradan problemə çevrilə biləcək, fəsad yaradacaq əmələ yol verməyin. İşgüzar danışıqlar, müzakirələr və mövqelərin bəlirlənməsi üçün əlverişli zamandır.Məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin.İmiclə bağlı eksperimentlər apara bilərsiniz. Yaradıcılıq axtarışlarını məhdudlaşdırmayın.Axşam saatlarında aktiv istirahəti seçin.

Xərçəng - yaxın ətrafınızdakı insanlarla dil tapın. Onların arasında müttəfiq və işgüzar tərəfdaşlarla yanaşı, sizi çətin anda tərk etməyəcək dost da olacaq.
Yaradıcılıq potensialınızı nümayiş etdirin. Əvvəllər tətbiq edə bilmədiyiniz ideyalarınızdan birini reallaşdırın.Axşam saatlarında dostlarla görüş üçün vaxt tapın. Belə görüş əhvalınızı yaxşılaşdıracaq, pozitiv emosiyalar bəxş edəcək.Romantik görüş yaxşı keçəcək.


Şir - bu gün yaranacaq problemlərin tam əksəriyyətini həll edə bilərsiniz. Başqalarının öhdəsindən gələ bilmədikləri işə başlamaqdan çəkinməyin. Müşkülü nisbətən asanlıqla həll edəcəksiniz. Dəstəklədiyiniz və ya yardım etdiyiniz insanlar da irəliləyişə nail olacaqlar. Liderlik məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin.
İşdə həmkarlarınızla münasibətlərdə diqqətli olun.Planlaşdırılmamış səfər və ya səyahət uğurla başa çata bilər. Axşam saatlarında ailənizlə birlikdə yaxşı istirahət edə bilərsiniz. Yaşam potensialı səviyyəsi yüksəkdir.Səhhətinizə fikir verin.

Qız - sifarişin və ya tapşırığın öhdəsindən gəlməyə çalışın. İşdə rəhbərliyin rəğbətini qazanmağa çalışın. Yeni tapşırıqlar alacaqsınız. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Maraqlı təklifin alınması, karyera müstəvisində irəliləyişin gerçəkləşməsi istisna deyil.Maraqlı görüş, yeni tanışlıq ola bilər. Bu gün qarşınıza çıxan insanlardan biri sonradan taleyinizdə önəmli rol oynayacaq. Hər şey sizin onları yaşamınıza buraxmaq istəyinizdən asılı olacaq.Qəfil hədiyyə istisna deyil.

Tərəzi - ətrafınızdakı vurnuxma sizi usandıra bilər. Hər şeyə rəğmən, yaranan problemlərin həllində tənbəl və süst davranmayın. Aktiv olun. İstedad və bacarığınız diqqədən kənarda qalmayacaq.Köhnə dostlarla yanaşı, yeni tanış olduğunuz insanlarla təmaslarda səbrli, təmkinli olun. Niyyətlərinizi təhlil edin, gələcəklə bağlı planlarınızı təftişə uğradın. Son vaxtlar sizi narahat edən suallara cavab ala bilərsiniz.

Əqrəb - təbii, səmimi olun. Yaşanan olayları diqqətlə izləyin. Rəğbət bəslədiyiniz insanlarla təmaslarda məqsədinizi bəlirləyin, səbəbsiz mübahisə etməyin.
İndiyədək aşkarlamadığınız imkanlarınız üzə çıxa bilər.Əks cins mənsubunun diqqətini cəlb edirsiniz. Sevdiyiniz insanda qısqanclıq üçün səbəb yaratmayın.
Axşam saatları köhnə dostlar və sizə əziz insanlarla görüş üçün əlverişlidir. Çoxdan görmədiyiniz tanışla qarşılaşa bilərsiniz.


Oxatan - vaxtınızı və qüvvənizi mənasız işlərə sərf etməyin. Əsas məqsədə diqqəti yönəldin, ikinci dərəcəli işləri unudun. Belədə parlaq sonuclara nail ola bilərsiniz.
Uğurlarınıza paxıllıq edənlər var. Lakin narahat olmayın - bədxahlar sizə mane ola bilməyəcəklər.Yaxşı gəlir əldə edə bilərsiniz.Alış-veriş üçün əlverişli zamandır.
Yaxın ətrafınızdakı insanların rəğbətini qazanın. Dostluq və romantik münasibətlər inkişaf edə bilər.Emosiyalara qapılmayın.

Oğlaq - bir vaxtlar sizə yardım etmiş insanları xatırlayın. İndi onların sizin dəstəyinizə ehtiyacı var. Ümumiyyətlə, bu gün sərinləşmiş şəxsi münasibətlər və işgüzar əlaqələrin bərpası üçün əlverişlidir.Qarşınızda yeni imkanlar yaranır. Onlardan yararlanmaq çətin deyil. Yetər ki, bir qədər cəsarətli olasınız.Ailəvi tədbirlər, qohumlarla görüş üçün əlverişli zamandır. Axşam saatlarında tək qalmaq üçün əlverişli zamandır. Baş vermiş hadisələri dəyərləndirməyə vaxt tapın . Qəfil nəticələr hasil ola bilər.

Dolça - işlər gözləntilərinizdən də yaxşıdır. Uğurlu gündür. Planları ləngimələr və gecikmələr olmadan reallaşdırmaq imkanları var. Yardıma ehtiyacınız olmasa da, kömək təklif edən insanlarla laqeyd davranmayın.Peşəkar fəaliyyət müstəvisində faydalı tanışlıqlara nail olmaq olar.Özünüzə və imkanlarınıza əmin olun. Əks cinslə təmaslarda sayıq olun. Əlaqələrdə diqqətli davranın. Sonradan 'dostluğundan' qurtula bilməyəcəyiniz insanla tanış ola bilərsiniz.

Balıqlar - hər şey yaxşıdır. Təlaş və narahatlıq üçün heç bir əsas yoxdur. Yolunuzda yaranan çətinlikləri dəf edin. Problem ağır olarsa, ondan yan keçmək olar.
İşgüzar danışıqlar və tanışlıqlar üçün yaxşı gündür. Yeni tərəfdaşlardan bəziləri sonradan müttəfiqlə yanaşı, dosta çevrilə bilərlər.İşgüzar fəaliyyət müstəvisində sizi uğurlar gözləyir.Yaşlı qohumların məsləhətlərinə qulaq assanız, bir sıra səhvlərdən yayına bilərsiniz. Başqasının təcrübəsindən yararlanın.Səmimiyyətiniz pis deyil. Amma ifrata varmayın.Wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.