>Cəmiyyətdə "müasir qadın'' tablosu

29 Haziran 2015
2 437
0
>Cəmiyyətdə "müasir qadın'' tablosu
>Cəmiyyətdə "müasir qadın'' tablosu

>Cəmiyyətdə "müasir qadın'' tablosu

Cəmiyyətin müasir qadını dedikdə, çoxumuzun gözünün önünə dəbli geyimli, səliqəli, makiyajı, işgüzar stili, vaxt azlığı olan və telefonu dayanmadan zəng çalan bir iş xanımı gəlir. Əslində isə heç də belə deyil. Adicə evdar xanım belə qocalığadək müasir qadın ola bilər. Aydınlaşdırmaq üçün bir az keçmişə qayıdaq.

>Cəmiyyətdə "müasir qadın'' tablosu

...Qadın - sevimli, balaca qız uşağı. Yadındamı, hələ kiçik ikən ailənin ən sevimlisi idin. Xoş xatirələrə geri dön, keçmişə nəzər sal. Babanın, nənənin ən sevdiyi nəvəsi. Atanın sevimli qız övladısan - hər baxışında gözü işıldayan, qızı ilə fəxr edən atanın. Səni necə sevdiyini düşün,sənin üçün nələr etməzdi ,təki sən istə...

>Cəmiyyətdə "müasir qadın'' tablosu

...Qadın - gənc qız kimi. Artıq illər keçir, 16 yaşını atlamaqdasan. Cavan, gözəl, qardaşı tərəfindən qorunan bacısan. 16 il keçib, sevimli, balaca uşaqdan gənc qıza dönmüsən. Qıraqdan səni xəlvətcə süzən bir gəncin ürəyini alovlayırsan. Bax, o gənc hər arzunu həyata keçirməyə hazırdır ,təki sən istə...

>Cəmiyyətdə "müasir qadın'' tablosu

...Qadın - qadın rolunda. İndi ailə qurmusan, çox funksiyalı aparatı xatırladırsan, çiyinlərinə çox iş qonub. Vaxtı ilə atanın, qardaşının və sevgilinin sənin üçün etməyə hazır olduqlarını indi sən uşaqların və həyat yoldaşın, onun valideynləri üçün etməlisən - qəlbində atanın, qardaşının, baba və nənənin sevgisini daşıya-daşıya... Artıq zaman keçir, gözəl ana, sevimli həyat yoldaşı olmaq üçün əlindən gələni et - özünü unutmamaq şərti ilə... Müasir zəmanənin müasir qadını ol. Evində səni əvəz edəcək kifayət qədər texnika varsa, sən də qadınlıq payını yaşa. Qadınsan, deməli, aktrisa olub çox epizodlu rolunu yaşamalısan, qadınsansa kraliça olub sevilməyi bacarmalısan . Hələ qabaqda daha maraqlı bir həyat tablosu var.

>Cəmiyyətdə "müasir qadın'' tablosu

...Qadın - nənə rolunda. Gün gəlib və sən həyatının ən möcüzəli dövrünü yaşamaqdasan. Sizcə, möcüzə deyilmi özündən törənən nəsilləri görmək? Qadının həyatındakı ən böyük rolu nənə olmağıdır. O cür xöşbəxt anlar üçün yaşamağa dəyər. Müasir, dəbli və cavan nənə olmaq üçün bundan əvvəlki yaşadığımız ömür tablosunu səliqə ilə, səbrlə çəkməliyik.

>Cəmiyyətdə "müasir qadın'' tablosu
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.