Qadın və Kişi: 20 böyük fərq

02 Nisan 2016
1 862
1
Qadın və Kişi: 20 böyük fərq
Qadın və Kişi: 20 böyük fərq

1. Qan: Statistikaya görə, kişilərdə 4,5 litr, qadınlarda 3,6 litr qan var. Erkəklərin qanı daha keyfiyyətlidir, 1 damlasında 1 milyon qan hüceyrəsi vardır.

2. Duyğu orqanları: qadınların eşitmə və qoxlama duyğuları kişilərə nisbətən daha güclüdür. Amma buna qarşılıq, kişi gözü fərqlilikləri daha tez seçir.

3. Qadınlar daha çox danışqan olurlar, nəinki kişilər. Araşdırmalara görə, qadınlar kişilərdən gün ərzində 3 dəfə çox söz işlədirlər.

4. Kişilərin qəlbi daha böyükdür və daha yavaş çarpır. Dəqiqədə təxmini 72, qadınlarda isə 80 dəfə.


5. Kişilər qadınlardan daha dalaşqan olub, fiziki gücə üstünlük verirlər. Qadınların isə əsas savaşı sözlədir.

6. Vücud qoxusu və tərləmək kişilərdə daha güclüdür.

7. Kişilərin səsləri daha kobud və qalındır, qadınların səs tonu isə sıxılmış və cingiltili.

8. Erkəklər həyatları boyunca qadınlardan ortalama 40 gün daha az xəstələnirlər. Amma buna baxmayaraq, qadınlar xəsəliyə daha dözümlüdürlər.


9. Kişilər qadınlardan 50 % daha güclü əzələlərə sahibdirlər, qadınlardan 1/3 daha güclüdürlər.

10. Kişilər qısa zamanlı yaddaşa sahib olduqlarından, xüsusi günləri xatırlamaqda çətinlik çəkirlər. Qadınlar isə tam əksinə, heç bir şeyi unutmurlar. Kişilər etdikləri yalnışları özləri unuda bilərlər, ancaq qadınlar bunu tez-tez xatırlatmağa çalışarlar.

11. Ağciyərlər: Erkəklərin ağciyərləri qadınlarınkından yüzdə 50 daha geniş həcmə sahibdir.

12. Kişilər qadınlardan daha çox yemək ehtiyacı duyurlar, çünki metabolizmləri (maddələr mübadiləsi) daha sürətlidir.

13. Kişi beyni yüzdə 14 daha ağırdır. Buna qarşılıq qadınlarda iki yarım kürə arasında ünsiyyət daha yaxşıdır.


14. Qadınlar ünsiyyət qurarkən 20.000 kəlimə, mimika və jest istifadə edərkən, bu say kişilərdə 7000-dir.

15. Kişilər yuxuya anındaca gedə bilirlər. Və orta hesabla qadınlardan 20% çox yatırlar.

16. Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.

17. Yumor və zarafat anlayışı kişilərdə daha güclüdür. Qadınlar isə zarafatın müəyyən hissəsini öz üzərilərinə götürüb, alına bilirlər.

18. QİÇS xəstələrinin 75%-i kişilər, 23%-i qadınlardır. Qadınların daha az QİÇS-ə yaxalanmasının səbəbi xəstəliyi daşıyan X xromosomlarının iki dənə olmasıdır. Belə ki, bir xromosom xəstəliyə tutulsa belə, digəri onu müdafiə edir.

19. Kişilər daha çox fiziki fənnlərə üstünlük verirlər, qadınlar isə humanitar. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür.

20. Qadınlar erkəklərdən 5 qat çox ağlayırlar. Əsasən də saat 19.00-22.00 arası.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    maraqli xeberdir bir necesini bilirdim sadece teshekkur paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.