Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər
Balerina yubkası müasir qadın qarderobunun atributlarından birinə çevrilib. Onun iki yüzdən çox yaşı var, ancaq qadın qarderobunun atributu olmazdan əvvəl yalnız rəqqasə və balerinaların rəqs geyiminin əsas elementi olub. Yüngül və zərif, çevik hərəkət etməyə imkan verən, biçimli ayaqların gözəlliyini vurğulayan bu yubka modeli yalnız rəqqasələr üçün tikilirdi. Lakin çoxqatlı ətəklər hər ötən gün inanılmaz dərəcədə populyarlaşır. Bu ətəyi geyinən qızlar dərhal balaca, incə, həssas şahzadəyə çevrilirlər.

Balerina yubkası kimə yaraşır?
Həm kök, həm də arıq xanımlara yaraşan yubka modellərindən fərqli olaraq, balerina yubkaları hər bədən quruluşuna yaraşmır. Onun sahibləri məhdud saydadır. Məsələn, uzunluğundan asılı olmayaraq, bu yubkalar hündürboy və qüsursuz bədən quruluşu olan qızlara yaraşır. Amma bir məqam var ki, 35-40 yaşında olan xanımlarda bu ətəklər yaxşı görünməyəcək.

Balerina yubkaları nə ilə geyinmək lazımdır?
Balerina yubkalarının əsas xüsusiyyəti odur ki, o, istənilən paltarın bəzəyi kimi özü çıxış edir. Yəni, xüsusi bərbəzəyə ehtiyacı yoxdur. O, son dərəcə parlaq və bənzərsiz obraz yaradır, ona görə də, ona aksessuarları ehtiyatla seçmək lazımdır.

Çünki yubka onsuz da ətrafdakıların diqqətini özünə çəkir. Bu da o deməkdir ki, balerina yubkaları yığcam, təmkinli, birqatlı və birrəngli köynək və üst geyimləri tələb edir. Yubka ilə trikotaj və ya şifon top, nazik vodolazka çox ahəngdar görünəcək. Əgər siz parlaq, qlamur və cazibədar görünmək istəyirsinizsə, onda bu fasonu zərif krujeva korsetlə birləşdirə bilərsiniz. Gənc qız obrazı yaratmaq üçün bu komplektə, müəyyən üslubda dəri gödəkcə və ya qısaldılmış jaket əlavə etmək olar.

Kolqotka isə ya şəffaf, ya da yubka ilə eyni rəngdə olmalıdır. Əgər siz rok-ulduzu obrazını yaratmaq istəyirsinizsə, onda qeyri-adi rəngli kolqotkalar, lasinlər və ya ensiz cinslərlə qısa balerina ətəklər geyinə bilərsiniz. Ayaqqabı seçiminə gəldikdə isə burada ciddi məhdudiyyət yoxdur. Qladiator səndəllərindən başqa, istədiyiniz modeli geyinə bilərsiniz. Çantalar isə maksimum yığcam və kiçik olmalıdır.

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər

Qlamurların Dəbi: Balerina Ətəklər


YeniQadin.biz

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.