Bişməcə zamanı analara məsləhət

12 Haziran 2017
1 975
0
Bişməcə zamanı analara məsləhət
Yay aylarında gənc anaları ən çox narahat edən məsələlərdən biri körpələrdə yaranan bişməcədir.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr İlhamə Rüstəmbəylinin söylədiyinə görə, bu, çox vaxt körpələrin alt paltarı ilə çox geyindirilməsi ilə əlaqədar olur və isti fəsillərdə pambıqdan olan alt geyimindən istifadə etmək daha yaxşıdır: "Bişməcə əsasən tərləmənin artması, buxarlanmanın hədsiz zəifləməsi, başqa sözlə ifadə etsək, dəridə termorequlyasiyanın pozulması nəticəsində yaranan xəstəlikdir. Ona daha çox isti yay aylarında körpə uşaqlarda rast gəlmək olur. Bişməcə dəridə xırda yayılmış, bəzən də bir-biri ilkə birləşən içərisində şəffaf maye olan qovucuqlu səpkilər şəklində özünü göstərir, daha çox dərinin büküş nahiyələrində yaranır. Onun qarşısını almaq üçün çoxlu üsullar var".

Həkim-pediatrın analara məsləhət gördüyü həmin reseptlərdən bir neçəsi belədir:


Hərəsindən 60 qram aptek çobanyastığı çiçəkləri və yatıqqanqal otu qarışdırılır, alınan qarışığın üzərinə qaynar su əlavə edilərək dəmlənilir və dəmləmə ilə vanna qəbul olunur.

7 ədəd dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə edilir, dərinin qızartı olan hissələri alınan dəmləmə ilə silinir. Dəmrovotu bitkisinin dəmləməsindən də istifadə etmək olar.

20 qram qoz yarpaqları xırdalanır, üzərinə qaynar su əlavə edilərək alınan dəmləmə ilə vanna qəbul olunur.

20 qram qurudulmuş boymadərən çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 2 saat dəmlənir, alınan dəmləmə ilə zədələnmiş nahiyələr vanna edilir.

20 qram palıd qabığı üzərinə qaynar su əlavə edilib dəmlənir, alınan dəmləmə ilə tərləyən nahiyələr vanna edilir.

20 qram soda suda həll edilir və tənzif alınan məhlulda isladılaraq bişməcə olan nahiyələrin üzərinə qoyulur.

80 qram kartof nişastası 1 stəkan suda həll olunur, daha sonra bir vedrə qaynar su əlavə edilir və alınan kisellə bütün bədən yuyulur. Bundan başqa quru halda kartof nişastasını bütün bədənə də sürtmək olar.

2-3 qram bənövşə otu su hamamında 15 dəqiqə qaynadılır, alınan dəmləmə gündə üç dəfə hərəsində 6 qram olmaqla içilir.

2-3 qram lavanda yağı 50 ml südə əlavə ediləndən sonra ümumi vannaya tökülür və alınan maye ilə vanna edilir. 100 qram günəbaxan yağı su hamamında 15 dəqiqə qızdırılır və bişməcə olan nahiyələr həmin yağla silinir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.