Paltardakı qan ləkəsini necə təmizləmək olar?

28 Eylül 2021
2 894
0
Paltardakı qan ləkəsini necə təmizləmək olar?
Qurban bayramında rastlaşdığımız ən mühüm problemlərdən biri qurban kəsəndə paltarımıza hopan qan ləkəsinin necə aradan qaldırlmasıdır. Bu problemi həll etmək üçün aşağıdakı üsullardan istifadə etmək lazımdır.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, qan ləkəli geyimi soyuq suyun içində 40 dəqiqə saxlayın. Daha sonra parça götürərək, sıxın. Əgər qan dəymiş paltar ağdırsa, suyun içinə ağardıcı əlavə edin.

Əgər paltar rənglidirsə, suyu və nişastanı bir qabın içinə qoyun və xəmir vəziyyətinə gətirərək qarışdırın. Nişasta xəmirini bir müddət parçanın üzərində saxlayın. Xəmir quruduqdan sonra, quru nişasta xəmirini təmizləyin. Ləkə xəmirə yapışıb çıxacaq.

Aspirini suda həll edin və qan ləkəsi olan yerə sürtərək sıxın və qan ləkəsinin aradan getdiyini görəcəksiniz.
Paltarınızdakı qan ləkələrini aradan qaldırmaq üçün hidrogen peroksid, yəni oksigenli sudan istifadə edə bilərsiniz. Ancaq oksigenli su yalnız təzə qan ləkəsində təsirlidir. Oxygenli suyun parça üzərində ağardıcı təsirini də unutmayın.

Əgər qan ləkəsi dəyən yer həssas bir parçadırsa, duz və su istifadə etmək ən ağıllı üsuldur. Duz və suyu qarışdırıb ləkəli səthə sürtün. Sonra ləkəli səthin olduğu yerə soyuq su tökün.

Çox qan ləkəsi varsa və ləkə aradan getmirsə, amonyakdan istifadə etmək lazımdır. Suyun içinə ammonyak əlavə edin və və ləkənin üstünə tökün. Daha sonra eyni səthi soyuq su ilə yuyun.

Ləkələr quruyubsa, aradan getməsi daha çətindir, amma qeyri-mümkün deyil. Quru qan ləkəsini aradan aparmaq üçün diş məcunundan istifadə edə bilərsiniz.

Qurumuş qan ləkəsinin üzərinə diş məcunu sürtün və qurumasını gözləyin. Daha sonra soyuq su ilə yuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.