Menecer bunlara əməl etməlidir

27 Haziran 2018
1 830
0
Menecer bunlara əməl etməlidir
İdarəetmənin mühüm elementlərindən biri kollektivdə qarşılıqlı münasibətlərdir. Bu münasibətlərin əsasını humanizm, ədalət, xeyirxahlıq və inam təşkil etməlidir.

Bu münasibətlər əsasında rəhbərlik qarşısında aşağıdakı davranış qaydaları durmalıdır:
1. Yaddan çıxarmayın ki, yalnız işdə siz müdir olmalısınız başqa hallarda isə həmsöhbət olmağa çalışın.
2. Tabeçiliyinizdə olanları dinləməyi öyrənin, onların y ideyalar və tövsiyələr söyləmək arzularını, istəklərini mükafatlandırın və onlara qarşı diqqətli olun.
3. Tabeçiliyinizdə olanlardan müəyyən qaydaları gözləməyi tələb edərək özünüzdə onu gözləməlisiniz.
4. Tabeçiliyinizdə olanların zəif cəhətlərini bilmək , lakin onu gözə soxmaq lazım deyil.
5. İnandırma zamanı bütün imkanlar və vasitələr qurtarmamış hakimiyyətinizdən istifadə etməyin.
6. Qışqırmayın. Qışqıran adam pis eşidilir. İşgüzar söhbətlərdə söyüşə və təhqirlərə yol verməyin.
7. İmkan daxilində yumor hissini itirməyin və gərginliyi aradan qaldırmaq üçün ondan istifadə etməyi bacarın.
8. Ehtiyac olmadığı hallarda hakimiyyətdən istifadə etməyə qaçmayın. Yaxşı iş üçün həmişə təşəkkür etmək lazımdır.
9. Nöqsanı yaxşı olar ki, dərhal göstərəsiniz. Onu öyüd üçün , nəsihət üçün toplamaq lazım deyildir.
10. Əgər sizi təmin etmirsə təklifi kəskin və kobud formada rədd etməyin. Nəzakətli və faydasız təklifin qəbul edilə bilməməsini deyin və təklif üçün təşəkkür edin.
11. Vəziyyətdən və şəraitdən asılı olmayaraq tabeçilikdə olanların ciddi obyektiv xarakteristikasını verin.
12. Savadlı və səriştəli rəhbərlik rəhbərlərin tabeçilikdə olanlara obyektiv yanaşmasına əsaslanmalıdır.
13. Əməkdaşların , xüsusilə də , kənar şəxslərin iştirakı ilə tabeçiliyinizdə olanların nöqsanlarını göstərmək pis təsir bağışlayan cəza tədbiridir və çalışmaq lazımdır ki, bu şəraitdə nöqsanların göstərilməsindən qaçasınız.
14. Rəhbər öz günahlarını tabeçiliyində olanların üzərinə yıxmamalıdır. Əksinə kənar şəxslərin yanında tabeçiliyində olan işçilərin günahını öz üzərinə götürməlidir.
İdarəetmədə elə situasiyalar yaranır ki, məsələnin məntiqi həllini tapmaq çətin olur və sağlam düşüncə nöqteyi nəzərindən onu dərk etmək çətin olur. Bu halda rəhbəri vəziyyətləri intuisiya və uzun müddətli praktiki işdə toplanmış təcrübə çıxara bilər. İdarəetmədə nəzəriyyə kimi məharətdə zəruridir. Lakin nəzəriyyədən fərqli olaraq o intellektə nisbətən emosiyaya təsir edir. Aşağıda idarəçilik məharəti haqqında bəzi məlumatlar verilir.

l. Müdrik rəhbər əldə edilmiş nailiyyəti tabeçilikdə olanlarla bölüşdürür.
kollektiv kimi Gala jurnalının redaksiyasını göstərək
2. İdarəetmədə ağırlıq mərkəzini imkan daxilində aşağılarda yerləşdirmək lazımdır.
3. Faktı heç bir şey dəyişə bilməz , onu inkar etmək olmaz, rəhbər ondan bacarıqla istifadə etməlidir.
4. Rəhbərin məktəbi kollektivdir.
5. Hay - küy həmişə səmərəli idarəetməyə zərər gətirir. İnsan tam gücü ilə yalnız o zaman düşünür və işləyir ki, o,zəruriyyət qarşısında qalır.
7. Əvvəlcə nə lazımdırsa onu edin, sonra isə sizi nə maraqlandırır onu edin. Bu yaxşı stimul rolunu oynayır.
8.Arzu rəhbər üçün həmişə yaxşı köməkçi deyil, buna görə də onu həmişə sağlam düşüncə ilə məhdudlaşdırmaq lazımdır.
9. Tabeçiliyinizdə olanlardan öz günahlarını dərhal etiraf etməyi tələb etmək taktiki cəhətdən düzgün deyil. Bu işdə onun diqqətlə dinləməsi ilə kifayətlənmək məsləhətdir.ideal menecer (Çingiz xan)
11. Həyat təcrübəsinə etinasız yanaşmayın, çünki, həyat ən ciddi müəllimdir.
12. Əvvəlki iş qurtarmamış, yeni işə başlamaq düzgün deyildir.
13. Başqalarının iştirakı ilə irad tutmaq, nöqsan göstərmək Sizin müdafiə olunmaq qabiliyyətinizi artırır.
14. Tabeçiliyinizdə olanların imkanlarım yaxşı bilmək vəzifələrin onlar arasında düzgün bölünməsini təmin edir.
15. Sizi mədh edənlərlə ehtiyatlı olun. Mədhin səbəblərini və ona nail olmaq dərəcəsini araşdırmaq lazımdır.
16. Tərifdən qorxun. Bu mənsəbpərəstlərin, yaramazların və əclafların ən köhnə və ən hiyləgər alətidir.
17. Qadınları azacıq tərifləmək olar, kişiləri isə bu xarab edir.
18. Zarafat o vaxt özünü doğruldur ki, yerində edilmiş olsun.
19. Tabeçiliyinizdə olan istedadlı adamlardan qorxmayın, işin müvəffəqiyyəti üçün ondan maksimum dərəcədə istifadə edin.
20. Nöqsanı işçinin arxasınca yox, üzünə demək lazımdır.

Mənbə Menecment kitabı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.