Sosial şəbəkələrdə yayılan paltar şəkli hər kəsi çaşdırdı

28 Şubat 2015
3 684
0
Sosial şəbəkələrdə yayılan paltar şəkli hər kəsi çaşdırdı
Sosial şəbəkələrdə yayılan paltar şəkli hər kəsi çaşdırdı

Twitter
sosial şəbəkəsində yayılan paltar şəkli hər kəsi çaşdırıb.

Foto 21 yaşlı şotland müğənni Caitlin McNeill tərəfindən paylaşılıb. Foto böyük marağa səbəb olub, minlərlə şərh yazılıb.

Paltarın hansı rəngdə olduğu soruşulur. Lakin cavablar müxtəlif olur. Belə ki, bir çoxları paltarın qızılı sarı və ağ olduğunu deyir, bəziləri isə mavi və qara rəngdə olduğunu qeyd edir.

Vaşinqton Universitetinin rənglər üzrə araşdırmaçısı Cey Neytz 30 ildir ki, bu işlə məşğul olduğunu, lakin belə bir şeylə ilk dəfə qarşılaşdığını deyir: "Bu indiyə kimi üzləşdiyim ən qeyri adi nümunədir".

Neytz anlaşılmazlığın göz fiziyologiyası ilə bağlı ola biləcəyini bildirib. Onun sözlərinə görə, yaşı daha çox olan şəxslərin bu paltarı ağ və qızılı rəngdə görür. "Lakin bunu sübut edəcək qədər əlimdə dəlil yoxdur".
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.