2016 Yaz-Yay Saç Trendləri

2016 Yaz-Yay Saç Trendləri
2016 Yaz-Yay Saç Trendləri

Mütəxəssislərin sözlərinə görə Futuristik saçlar, ortadan ayrılan saçlar, yana ayrılan saçlar və saç aksesuarları bu ilin yaz-yay dəbi olacaq. Mütəxəssislərin sözlərinə görə qısa kəsilmiş saçların dəbi geri qayıdır və həmçinin qatlar dəbdədir.

Futuristik saçlar

Bu model cəsarət tələb edən saç modelidir. Qeyri-adi görünən bu saçlara hörüklər, rəngli saç aksesuarları, Afrika hörükləri cürətkar bir hava qatır. Bu saç modelində yuxarı hissə yaş görünüşə, ucları isə quru və mat görünüşə malikdir. Bu saç modeli nə baxımsız, nə də çox baxımlı olmalıdır. Bu modeli seçən xanımlar onun baxımsız görünüşünə aldanmasınlar, əksinə bu saç modeli digər saçlara nisbətən daha çox baxım tələb edir.

Ortadan ayrılan saçlar

Bu modelin əsas funksiyası heç daranmamış kimi yığılması və ya açıq saxlanılmasıdır. Bu tip saçlar 2016-cı ili yay aylarında ən çox seçilən saç modeli olacaq. Modanın qarışıq və şişirdilmiş olduğu dövrdə ortadan ayrılan saçlar dəbin əksini hiss etdirərək gözəllik yaradır. Bu saç modeli də kənardan çox sadə görünsə də əksinə, hər zaman baxıma ehtiyacı olan saç modelidir.

Yana ayrılan saçlar
Yeni sezonun rahat və modern saç tiplərindəndir. Bu saç modelini əldə etmək üçün ilk növbədə yaxşı saç fırçaları, fen və saça həcm vermək üçün kremlər lazımdır. İlk əvvəl saça həcm verin və daha sonra saçınızı düzləşdirərək yan tərəfə ayırın. Ayırdıqdan sonra həmin ayrılan hissəyə sprey və ya yaş görsənməsini istəyirsinizsə, jele sürtün.

Saç aksesuarları
Əvvəlki sezonda da dəbdə olan saç aksesuarları bu sezon da öz yerini qoruyub saxlayır. Bu sezon daha yeni saç aksesuarları dizaynerlər tərəfindən satışa çıxarılacaq. Bəzəkli saç aksesuarları, üzüm salxımı formasında taclar, antikvar başlıqlar, çiçək budaqları, tropik çiçəklər və 1950-ci illərin saç bəzəkləri bu ilin trendləri arasında öz yerlərin alacaq.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)
21:00
632

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (53)

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)
20:00
1 552

17.07.2019 Gündəlik Bürclər (17 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)
19:00
634

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (206)

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)
18:00
520

Dərd Dənizim Yazılı Şəkilləri 2019 (15)

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz
17:00
266

Yeniyetməlik dövründə sağlam cinsəllik yaşanmaz

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)
15:00
454

Frida Kahlo Yazılı Şəkilləri 2019 (7)

Mədəni necə təmizləmək lazımdır?
14:00
157

Mədəni necə təmizləmək lazımdır?

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar
13:00
511

Bürclər Haqqında Maraqlı Məlumatlar (560) - Fotolar

Səhər-səhər çay içənlər DİQQƏT!
12:00
192

Səhər-səhər çay içənlər DİQQƏT!

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ