Yay mövsümündə dodaq boyası necə çəkilməlidir?

Yay mövsümündə dodaq boyası necə çəkilməlidir?
Yay mövsümündə makiyajda təbii çalarlara üstünlük vermək şərtdir. Makiyajın əsas tamamlayıcısı olan dodaq boyalarında da bu qayda keçərlidir. Yay aylarında dodaq boyasında daha çox çəhrayı və narıncı rəngin solğun çalarlarına üstünlük verilir.

Ancaq bej çalarlar da öz aktuallığını qoruyur. Bu çalarları əldə etmək üçün yeni dodaq boyası almağa ehtiyac yoxdur. Qış mövsümündə istifadə etdiyiniz tünd rənglərdəki dodaq boyalarının üzərindən “lipgloss” çəkərək daha açıq çalarlar əldə edə bilərsiniz.

Yay aylarında dodaqlara makiyajdan öncə SPF tərkibli balzam çəkmək vacibdir. Balzam dodaqları günəşin zərərlərindən qorumaqla yanaşı dodaq boyasının daha hamar və təbii görünməsini də təmin edəcək.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.