Rekord qiymətə qadın çantası

03 Haziran 2016
1 757
0
Rekord qiymətə qadın çantası
Rekord qiymətə qadın çantası

Honkonqda qadın çantası 300 min dollara satılıb. Feat.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə "Christie's" hərrac evi məlumat yayıb. Brilyantlarla bəzədilən əl çantası Fransız moda evi "Hermes"in məhsulu olub.

"Himalaya Niloticus Crocodile Diamond Birkin" model çanta timsah dərisindən hazırlanıb. Çantanın üzəri isə ağ qızıl və 18 karatlıq brilyant daşlarla bəzədilib. Çantanın sahibi hərraca telefonla qatılaraq ona sahib olub. Onun adı açıqlanmır. Düzdür, ekspertlər 2008-ci ildə hazırlanan bu nadir çantanın baha satılacağını proqnozlaşdırıblar. Lakin bu qədər yox...

"Bu hərraclarda qadın çantasına verilən ən yüksək məbləğdir", - deyə "France Press" agentliyinə hərrac evindən bildiriblər.

Maraqlıdır ki, bundan öncəki rekord da "Hermes"ə aiddir. Timsah dərisindən, qızıl elementləri olan çanta da ötən ilin iyun ayında satılıb. Adı açıqlanmayan alıcı ona 221 min dollar pul ödəmişdi.


Çanta britaniyalı aktrisa və müğənni Ceyn Birkinin şərəfinə adlandırılıb. Bu çanataların qiyməti 10 min dollardan başlayıb.

"Hermes" moda evi 1837-ci ildə Fransada təsis edilib. Hazırda bu şirkət aksessuarlar - dəri və ipəkdən bahalı ayaqqabı, çanta, geyim, zinət əşyaları hazırlayır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.