Ayaqqabı alarkən bunlara diqqət edin

Ayaqqabı alarkən bunlara diqqət edin
Adətən estetik baxımdan bəyənilən bir ayaqqabının ayaq sağlamlığına mənfi təsir edəcəyi heç düşünülmür. Ancaq bilmək lazımdır ki, ayağa uyğun olmayan ayaqqabıların istifadəsi bəzi deformasiyalara səbəb olur. Feat.Az türkiyəli travmatoloq Fener Çelebinin bununla bağlı məsləhətlərini təqdim edir.



Taxta, ya da qalın bir materialdan hazırlanmış, elastik olmayan və dabanı çox nazik ayaqqabılar ayaq bağı və oynaqlarının həddindən çox yüklənməsinə və ağrıya səbəb olur.

İti burunlu ayaqqabılar isə barmaqlarda forma pozulmasına zəmin yaradır. Dar və hündür dabanlı ayaqqabılar isə ayaq burxulmalarına yol açır. Buna görə iti burun yerinə daha geniş pəncəli və daha qısa dabanlı ayaqqabılar seçilməlidir.



Hündür daban duruş pozuqluğuna səbəb olur



8 sm-dən uzun dabanlı və iti uclu ayaqqabılar uzun müddətli istifadə edildiyində bel, ayaq, diz, topuq və ayağın ön qismində anormal yüklənmələrə səbəb olur. Hündür dabanlı bu ayaqqabılar “postur” adı verilən fizioloji duruşu da poza bilər. Bel, qıç, diz, ayaq əzələləri və topuqda postur pozuqluğundan qaynaqlanan anormal güc basqısı isə bir çox xəstəliyə yol aça bilər.



Qoxuya yol açar



Sağlamlığa uyğun şəkildə istehsal olunmayan ayaqqabılar, ayaq tərləməsi və qoxusu ilə bərabər, ayaq, topuq baldır və bel ağrısı, tez yorulma kimi narahatlıqlara yol açır. Bu cür ayaqqabılar basma pozuqluğu, topuq burxulması, dırnaq batması, göbələk, döyənək, dəri çatları, damar xəstəliyi və ayaqda forma pozuqluğu kimi bir çox narahatlığa da rəvac verir.



Ayaqqabı alarkən bunlara diqqət!



- Ayaqqabının iç qismi çox sürüşkən və sərt olmamalı, ayağın təbii formasına, yəni ayaq qövslərinə dəstək verəcək formada olmalıdır.





- Ayaqqabının barmaq ucundakı yüksəkliyi barmaqların duruşunu pozacaq qədər yüksək, ya da elastik olmamalıdır.




- Ayaqqabı alarkən, ayaqqabının zamanla açılıb ayağa uyğun hala gələcəyini düşünmək yerinə, ayağa tam uyan və rahat qəlibli ayaqqabılar alınmalıdır.




- Ayaq yaralanmalarını minimuma endirən ayaqqabılar seçilməli, neylon və bənzəri ayaqqabılardan da qaçınılmalıdır.




- Ən uzun barmaq ilə ayaqqabının ucu arasında yarım santimetr boşluq olmalıdır.




Alış-verişə mütləq axşam saastlarında çıxılmalıdır. Çünki günün hərəkətliliyi ayaqlarda şişməyə yol açar və iş çıxışı axşam saatlarında satın alınan ayaqqabılar, gündüz daha rahat olmanızı təmin edər.
lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.