Bir aya saçları uzadan MASKA

17 Mart 2017
2 225
0
Bir aya saçları uzadan MASKA
Qadınlar saçlarını uzatmaq və gücləndirmək üçün müxtəlif vasitələrə müraciət edirlər. Və təəssüf ki, çox vaxt təsirli nəticə ala bilmirlər. Əgər heç bir nəticə əldə etməmisinizsə, ümidinizi üzməyin Feat.Az-ın təqdim etdiyi bu üsulu sınaqdan keçirin.

Ərzaqlar:

• 1 yumurta
• Bal - 1 xörək qaşığı
• Hindqozu yağı - 2 xörək qaşığı

Saçınız çox uzundursa, resepti 2-3 dəfə artıra bilərsiniz.

Hazırlanması:

Bütün ərzaqları bir qabın içərisində qarışdırın. Bu qarışımı ilk olaraq saç köklərinə yeridin, daha sonra uclara çəkin. Sonra saçlarınızı bir parçayla bağlayın və 2-4 saat gözləyin. Vaxt tamam olandan sonra saçınızı həmişəki kimi yuyun.

Bu maskanı həftədə 2 dəfə istifadə edə bilərsiniz. Daim istifadə etsəniz, təxminən bir aydan sonra inanılmaz nəticə alacaqsınız.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.