Saçınız ağarırsa, ÜRƏYİNİZİ YOXLAYIN!

13 Nisan 2017
2 017
0
Saçınız ağarırsa, ÜRƏYİNİZİ YOXLAYIN!
Misir alimləri aşkar ediblər ki, saçların ağarması ürək-damar xəstəliklərinin yüksək riskindən xəbər verir.

Medicalxpress xəbər verir ki, Kair Universiteti alimləri 545 kişini kompüter tomoqrafiya və koronar angioqrafiya müayinəsindən keçiriblər. Bu zaman müayinələrin nəticələri iştirakçılarda ağ saçların nə qədər çox olması ilə müqayisə olunurdu. Nəticədə məlum olub ki, ağ saçları çox olan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski daha çoxdur.

Araşdırmanın müəllifləri xəbər verir ki, saçların ağarması və ateroskleroz oxşar bioloji proseslərdir. Bu səbəbdən saçların ağarmasının sürəti aterosklerozun inkişafı sürətindən xəbər verə bilər.

Nəzərinizə çatdıraq ki, ateroskleroz ürək və damar xəstəliklərinin, infarkt və insultun əsas səbəbi sayılır. Ateroskleroz zamanı damarlarda piyə oxşar maddə xolesterol yığılır. Nəticədə damarlar daralır, zəif və kövrək olur.

Saglamolun.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.