Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI

26 Eylül 2021
3 562
0
Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI
Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Feat.Az qara çayın saçlara faydalarını sadalayır.

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazını azaltmağa kömək edir. Saçların yıpranmasının və qoparaq tökülməsinin qarşısını alır.

Saçı parıldadır

Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.

Saç dərisini yaxşılaşdırır

Kəpək probleminiz varsa, çay tərkibindəki anti-inflamatuar sayəsində kəpəyi önləməklə qalmaz, saç diblərində yaranan qızartı və iltihabın sağalmasına kömək edər.

Saçınıza çay maskası vurun

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.