Saçları uzadan, tökülmənin qarşısını alan MASKA

02 Nisan 2022
3 345
0
Saçları uzadan, tökülmənin qarşısını alan MASKA
Saçlarımız mövsüm dəyişikliklərində tökülür, sağlıqsız görünür və asan uzanmır. Saçlarınızı evdə olan ərzaqlarla qidalandıraraq, sağlam şəkildə uzanmasını təmin edə bilərsiniz. Üstəlik qadınlar da, kişilər də bu reseptdən istifadə edə bilər. Həmçinin bu vasitə ilə saç tökülməsinin də qarşısını almaq olar.

Kartof maskası

Ərzaqlar:


5 ədəd kartof
Su
Cuna

Hazırlanması:


Kartofları yuyub soyun. Daha sonra kartofları rəndələyin və bir az su qatın. Bu qarışımı cuna ilə süzün.

Bir parça pambıqla saç diblərinizə bu qarışımdan sürtərək, yaxşıca yedirin. Daha sonra kartof suyunu saç uclarına da yedirərək bu şəkildə 20 dəqiqə saxlayın. 20 dəqiqədən sonra saçınızı şampunlamadan durulayın.

Bu qarışımı həftədə bir və ya iki dəfə saçlarınıza tətbiq edərək gözəl nəticə əldə edəcəksiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.