Daha uzun və sıx saçlar üçün XINA MASKASI

Saçlara həcm verir. Vizual olaraq sıx görsənmələrinə səbəb olur. Saçları daha parlaq, yumşaq və sözəbaxan edir.
TƏRKIBI :
200 ml kefir
1 çay qaşığı xına
2 dilim boyad çörək içi
HAZIRLANMASI :
Xınaya kefir və çörəyi əlavə edin. 5 dəqiqə gözlədin. Əvvəlcədən yuyulmuş və qurudulmuş saçların bütün diblərinə və uclarına tətbiq edin. Polietilen çığara və dəsmalla saçları bağlayıb 30 dəqiqə gözləyin. Ilıq suyla maskanı yuduqdan sonra, alma sirkəsi qatılmış suyla (1 lt. suya, 1 çay qaşığı sirkə) yaxalayın.
Əgər açıq rəngli saçlara sahibsəniz, o zaman rəngsiz xınadan istifadə edə bilərsiz.
Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.
* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək