Saçlarınızı bu üsullarla uzadın

06 Temmuz 2021
3 391
0
Saçlarınızı bu üsullarla uzadın
Baxımlı, dolğun və uzun saçlara sahib olmaq hər qadının istəyidir.

Feat.Az
xarici KİV-ə istinadən ev şəraitində saç uzatmanın yollarını təqdim edir:
Avakado - B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün daha çox quru saçlarda istifadə olunur.

Yumurta - Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii vasitələrdən biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırır və daha sağlam uzanmasına kömək olur.

Zeytun yağı - Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, gözəl görünüş almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.

Limon - Xüsusilə həddindən artıq yağlı saçlardakı və saç dərisindəki çox yağın təmizlənməsində təsirli olan limon məsamələrin kiçilməsini təmin edir və yağ istehsalını azaldır.

Hind qozu yağı - Çox yaxşı bir nəmləndiricidir, saçı dərindən nəmləndirərək yumşaldır.
axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.