Saç tökülməsinin səbəbləri və müalicəsi

03 Mart 2022
3 486
0
Saç tökülməsinin səbəbləri və müalicəsi
Saç tökülməsi bir çox insanın problemləri sırasındadır. Lakin çoxları bu problemin həm səbəblərindən, həm də müalicəsindən xəbərsizdirlər. Gəlin hər ikisi ilə də tanış olaq:

1.Saç tökülməsinin səbəbləri:

Fiziki stress

Siz stressdə olduğunuz zaman saç tökülməsi olduqca artır. Xüsusən də, bu hal abituriyentlərdə müşahidə olunur. İmtahan stressi nəticəsində sarsıntılar olur və bu da saçı zədələyir.

İrsiyyət

Əgər valideynlərinizdə də bu problem varsa, deməli sizin saçınızın tökülmə səbəbi məhz budur. Lakin bunun qarşısını almaq olduqca çətin olur. Tamamilə aradan qaldırılmasa da, azaltmaq üçün müalicə yolları vardır.

Qidalanma

Əgər siz düzgün qidalanmasasınız, təbii ki, saç tökülməsi ilə qarşılaşacaqsınız. Bunun üçün mütləq şəkildə zülal qəbul etməlisiniz.

2. Saç tökülməsinin təbii müalicəsi:

Burada bəzi şəfaverici otlar vardır. Onlardan ən yaxşısı palmet bitkisidir. O saçı qidalandırır və gücləndirir.

Soğan və sarımsaq şirələrinin qarışımını saça tətbiq edərək onun tökülməsinin qarşısını almaq olar.

Yumurta yağı da bu problemin həllində olduqca təsirlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.