Saçları canlı edən, tez uzadan qidalar

28 Eylül 2020
533
0
Saçları canlı edən, tez uzadan qidalar
Saçları daha sürətli uzadan, canlı olmasına kömək edən, saçlarda yaranan problemləri aradan qaldıran qidalar açıqlanıb.

Feat.Az
bildirir ki, saçların daha qalın, canlı olması, eləcə də tez uzanması üçün ənənəvi olaraq təkcə vitaminlər içib, maskalar yaxmaq lazım deyil. Gündəlik qida menyusuna bəzi məhsulalrı daxil etməklə buna nail olmaq olar. Bunlar hansı qidalardır?

1) Gündəlik bir ovuc badam

E vitamini ilə zəngin olan badam dərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, saçları və dırnaqları möhkəmləndirir və həm də güclü bir antioksidant rolunu oynayır.

2) Tərkibi dəmirlə zəngin qidalar

Bədəndə dəmir çatışmazlığı tez-tez saç tökülməsinə səbəb olur. Buna görə tərkibində yüksək miqdarda dəmir olan qidalar yemək çox vacibdir. Dəmir təkcə ətlə əlaqəli deyil. Mərcimək də dəmirlə çox zəngindir. Bundan əlavə, onun tərkibində saçın keyfiyyətinə cavabdeh olan bir zülal var ki, bu, böyüməni sürətləndirir.

3) Balqabaq tumu

Balqabaq tumu saçın sıxlığına təsir edən B vitaminləri və sink konsentrasiyasında rekord yer tutur.Trixoloqlar hətta saç tökülməsi üçün hər gün bir qaşıq balqabaq toxumu yağı qəbul etməyi məsləhət görürlər.

4) Yumurta

Yumurta vitaminlərlə (A, B9, B12, D, E) , tərkibində çox miqdarda protein və əzələ toxumasını bərpa etməyə kömək edən və saçları qalınlaşdırıran leysin aminturşusu ilə zəngindir.

5) Balıq və balıq yağı

Yumurtaları çox sevmirsinizsə və ya fərdi bir dözümsüzlük varsa, saçlarınızı canlı və parlaq edəcək bir çox gücləndirici maskalar edə bilərsiniz. Trixoloqlar saç tökülməsini müalicə edərkən tez-tez balıq yağı təyin edirlər. Fakt budur ki, somon balığı Omeqa-3 yağ turşuları, B12 vitamini və dəmirlə zəngindir. Bu mikroelementlər saçları qidalandırır və yaxşılaşdırır.
Saçlarınız nazikdirsə qida rasionunuza losos balığı (Atlantik qızılbalığı) və ya balıq yağı əlavə etməyə çalışın. Balıqlara alergiyanız varsa, yuxarıdakı siyahıdan bitki və digər qidalarla əvəz edə bilərsiniz.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET