Bu su ilə üzünüzə və saçlarınıza qulluq edin

14 Ağustos 2021
670
0
Bu su ilə üzünüzə və saçlarınıza qulluq edin
Bəzən ləzzətli yemək hazırlayarkən fərqində olmadan hər hansı ərzağın faydalı hissəsini atırıq. Bunlardan biri də düyünü saxladığınız sudur.

Feat.Az xəbər verir ki, gecədən suya yumşalması üçün qoyduğunuz düyü dənəciklərinin sudakı təsirindən cildinizin daha gənc görünməsi üçün istifadə edə bilərsiniz.

Hətta Asiya kimi ölkələrdə bu suyu atmaq israf hesab olunur. Düyü tərkibindəki faydalı minerallar sayəsində suda dəyişikliklər yaradır. Bu suyun tərkibində bol miqdarda antioksidan, mineral, pitera, B və E vitaminləri var. Üzünüzü bu məhlulla silərək daha bəyaz və parlaq cildə sahib ola bilərsiniz.

Düyünün suyundan şampun kimi də istifadə etmək mümkündür. Beləliklə, saçlarınızın ağarmasının qarşısını ala biləcəksiniz.

Düyünün suyu üz təmizləyici məhlul kimi də istifadəyə yararlıdır. Pambığı suya batırıb, dərinizi təmizləyə bilərsiniz.
Mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.