Paltaryuyan maşına istiot töksəniz... - FƏRQLİ ÜSUL

20 Mayıs 2017
1 708
0
Paltaryuyan maşına istiot töksəniz... - FƏRQLİ ÜSUL
Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər. Ancaq Feat.Az-ın təqdim etdiyi bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.

Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Bəli, düz oxudunuz. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.