Yataq otağını tünd rəngə boyasanız... - MƏSLƏHƏT
Tək rəngli divarlara məhkum deyilsiniz
Yataq otağınız da eynilə digər otaqlar kimi sizin zövqünüzə xitab etməlidir. Elə isə şəxsiyyətinizi rəngli formada divarlarınıza əks etdirin. Tək rəngli divarlara məhkum deyilsiniz. İstəsəniz, hər divarı fərqli rəngdə boyaya bilər, yaxud açıq rəngli bir rəng üzərində istədiyiniz naxışı həkk edə bilərsiniz. Rəsm çəkmək qabiliyyətiniz yoxdursa, internetdən faydalanaraq hazır qəliblər üzərində bunları edə bilərsiniz.
Tablolarınız zalda olmaq məcburiyyətində deyil
İncəsənət əsəri toplamaq və ya ən azından bir neçə orijinal şəklə sahib olmaq geniş yayılmış bir hobbi deyil. Amma bu sahədə ilk addımı ata bilərsiniz. Məsələn, şəkilləri, çərçivələri təkcə salon və qonaq otağına asmayın. Sənətin bir parçası yataq otağınızda da gözəl görünər.
Kiçik yastıqlar
Çox insan yatarkən bir və ya bir neçə yastığa ehtiyac duyur. Ancaq bu o demək deyil ki, yataq otağınıza yalnız yatarkən istifadə etdiyiniz yastıqları qoymalısınız. Yastıqları praktik əşya olmaqdan çıxarıb eyni zamanda bir dekorasiya vasitəsi halına gətirə bilərsiniz. Yastıqların köməyi ilə qəşəng bir dizayna imza ata bilərsiniz. Fərqli rənglərdən və ya eyni rəngin fərqli tonlarından ibarət kiçik yastıq “dağı” həm də sizi rahat və sakit mühitlə təmin edə bilər.
Tünd rənglər elit görünüş verir
Əgər canlı rənglər və ya rəngarəng naxışlar sizə görə deyilsə, tünd rəngləri seçə bilərsiniz. Əslində tünd rənglər tez-tez müraciət edilməyən və ev dekorasiyası, xüsusilə də divar boyası üçün olduqca iddialı seçimdir. Tünd rənglər işığı az udduğu üçün az yataq otaqları üçün ideal variantdır. Qaranlıq, sakit və rahat bir yuxu ilə yanaşı, gözəl və iddialı bir yataq otağı dekorasiyası olmasını istəyirsinizsə, siz də tünd rənglər seçin.
Yataq otağında oturma sahəsi
Yataq otaqlarında oturma sahəsinə ehtiyacımız olmasını iddia edə bilmərik. Ancaq bu qətidir ki, gözəl bir oturma sahəsi hazırlasanız, mütləq istifadə ediləcək. Yatmazdan əvvəl südünüzü və ya səhər oyandıqda qəhvənizi içə biləcəyiniz, bazar günləri oturub kitab oxuyacağınız bu sahə, eyni zamanda, yataq otağınıza unikal bir gözəllik və zəriflik qatacaq.
lent.az