Limon dənələrini atmayın, əkin - FOTO İZAH

13 Şubat 2018
1 688
0
Limon dənələrini atmayın, əkin - FOTO İZAH
Bir çox insan evində limon ağacı yetişdirmək istəyir. Lakin çoxları bunun asan olmadığını düşünür. Demək ki, siz limon dənəsindən yenidən limon yetişdirməyin mümkün olduğunu bilmirsiniz. Feat.Az limon dənəsindən limon yetişdirməyin yolları ilə sizi tanış edir.



1-ci addım. Əvvəlcə limonları dilimlərə bölün. Dənələrə zərər vermədən içərisindən çıxarın.


Limon dənələrini atmayın, əkin - FOTO İZAH


2-ci addım.
Çıxardığınız dənəni salfetlə yaxşıca qurulayın.





3-cü addım.
Dənələrin üzərindəki ağ pərdəni soyun.





4-cü addım.
Bez və ya salfet parçasını suyla yaxşıca isladın.





5-ci addım.
Soyduğunuz dənələri bir-birindən aralı şəkildə salfetə düzün və dördbucaq formada qatlayın. Üzərini təkrar isladın.





6-cı addım.
İçərisində limon dənələri olan salfeti 4 həftə ağzı bağlı sellofan torbada saxlayın. 4 həftə sonra açanda dənələrin cücərdiyini görəcəksiniz.





7-ci addım. Cücərmiş dənələri torpaq dolu dibçəyə əkin və sulayın.





2 aydan sonra cücərdiyini görəcəksiniz!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.