Evdə saxladığınız çiçəklərin torpağına darçın səpsəniz...

14 Şubat 2018
2 504
0
Evdə saxladığınız çiçəklərin torpağına darçın səpsəniz...
Evdə yetişdirilən bitkilərin solmaması və sağlam şəkildə böyüməsinə hər zaman nail ola bilmirik. Feat.Az evdə gül saxlamağın bəzi sirlərini açıqlayır.



Darçın insan sağlamlığına faydaları ilə tanınan ədviyyatlardan biridir. Bununla yanaşı darçından bitkilərinizin qorunması üçün də istifadə edə bilərsiniz. Darçın bitkilərdə bitlənmədən göbələyə qədər bir çox problemə çarə ola bilər.



Əgər bitkinizdə yaranan həşəratlardan qurtula bilmirsinizsə, onun torpağına halqa şəklində darçın səpin. Bunun sayəsində güllərinizə həşərat yığılmayacaq.

Bitkilərinizdə göbələk problemi varsa, torpağına darçın tökərək bu problemdən azad ola bilərsiniz.



Bitkinizin çürüməyə başlayan yerləri üçün də darçın istifadə edə bilərsiniz. Çürüyən və gücsüzləşməyə başlayan bitki yarpaqlarına darçın sürtün. Bitkiniz güclənəcək.



Yeni bir bitki əkmək istəyirsinizsə, bitkinin sürətli böyüməsi üçün torpağına darçın tökün. Bu üsula bitkiniz daha sürətli böyüyəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.