İşlərimizi asanlaşdıraq - Sınaqdan çıxmış
Feat.Az xırda çətinlikləri asan yollarla həll etməklə həyatınızı asanlaşdıra biləcəyiniz vasitələri təqdim edir:
- Saxsı qablardakı bitkilərinizə böcəklər dadanıbsa, onda bitkilərin dibinə siqaret külləri tökün.
- Saçları rəngləyərkən kənarlara batan rəng ləkələrini təmizləmək üçün pambığı südə batırıb təmizləyin.
- Hıçqırıq tutduğu zaman 15 saniyə ərzində nəfəsinizi tutub, sonra 3 dəfə udqunun. Qısa müddət ərzində hıçqırığınız kəsiləcək.
-3 saat qəbul edilən soyuq duşuyla 40 kalori yandıracaqsınız.
- “Boğazın ağrayır, soyuq şey yemə, dondurma qəti olmaz!” Bu düşüncə yanlışdır. Dondurma soyuq olduğu üçün boğaz ağrısına faydalıdır.
- Mədəniz bulanırsa, 1 qaşıq qəhvə tozu yeyin.
- Tər əleyhinə antipersperantları səhər deyil, gecə sıxsanız, daha az tərləyərsiniz.
- Turşu qoyarkən duzun artıq və ya kəm olduğunu öyrənmək üçün içərisinə yumurta, ya da zeytun atın, əgər batmırsa, deməli duzu yaxşıdır.
- Yediyiniz acı qida ağzınızı yandırdısa, su içmək yerinə çörək içi, ya da şirin şeylər yeyin.
- Ütünün içinə tökdüyünüz suyun tərkibinə ətrinizdən bir az vursanız, geyimləriniz çox qəşəng qoxacaq.
- Yumurta qaynadarkən qabığının çatlamamasını istəyirsinizsə, suya yanmış kibrit atın.
- Makyaj etmədən əvvəl üzünüzə nəmləndirici krem sürtün bir az gözləyin. Daha sonra makyaj edin. Makyajınızı uzun müddət olduğu kimi qalacaq.
- Evdən makiyajsız çıxdığınız günlərdə 1 ədəd kök yeyib üzünüzə rəng qata bilərsiz.
- Portağalları sıxmadan əvvəl bir müddət soyuq suda saxlasanız, portağalın suyunu yarı miqdarda artıra bilərsiniz.
- Yeməkdən əvvəl dişlərinizi təmizləsəniz, daha az yemək yeyib daha tez arıqlayarsınız.