Od Çərşənbəniz Mübarək!

02 Mart 2020
18 083
13
Od Çərşənbəniz Mübarək!

Od Çərşənbəniz Mübarək!

Bu gün Novruz ərəfəsində qeyd olunan Çərşənbələrin ikincisi – Od Çərşənbəsidir. Od Çərşənbəsinə “Danatma Çərşənbəsi” də deyilir. Bu ad, Od Çərşənbəsində qeyd olunan “Danatma” mərasimi ilə bağlıdır. Bu mərasimdə, əsasən, oğlanlar iştirak edir. Alatoranlıq düşməmiş kənddən uzaq dağın və ya təpənin üstündə bir neçə tonqal qalanır. Tonqalı dan yeri sökülənə qədər sönməyə qoymurlar. Oğlanlar tonqal ətrafında müxtəlif oyunlar keçirir, “Zopu-zopu” oynayır, qurşaq tuturlar (güləşirlər). Dan yeri ağaranda, günəşin ilkin şüaları görünməyə başlayanda əvvəlcədən hazırlanmış məşəlləri tonqalda alışdırıb, “Gün çıx, gün çıx, kəhər atı min, çıx!” oxuyaraq kəndə yollanırlar. Həmin alovla ocağı, təndiri, kürəni yandırırlar.






Eviniz nurlu-bərəkətli, Ocağınız daim yanar olsun, əziz FeaT.az-lılar! Qarşıdan gələn Novruz bayramı öz bahar nəfəsi ilə qəlbinizə sevinc, ruhunuza əmin-amanlıq gətirsin!

Od Çərşənbəniz Mübarək!

Əvvəlki Xəbər
RƏYLƏR
_ESTRELLA_
gunler cox tez kecir (((
Urek_yarasi
haminin bayramini tebrik edirem)))
Nermincik
Gec de olsa, men de her kesi tebrik edirem...Allah hec bir evi ruzi-bereketsiz qoymasin..Amin.!
Sirin Ayanka
Sitat: Almilla
HAminizin bayraminiz mubarek:)
senin meleyinem
HAminizin bayraminiz mubarek:)
Alev..
Hamınızın Bayramı Mübiş))
Dayisinin _ Əzizi
tebriklerrrrrrr
Xatirla_Meni
Cox sag ol sizlerle bahem
lenkeranka
cox sag olun bahem mende hemcinin her kesi cerwenbe munasibeti ile tbrik edirem
ASK YENİDEN
Mende tebriklere qosuluam nece bele bayramlara cixaq insAllah