Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

18 Mart 2015
6 151
0
Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun
Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir.


Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.


Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Qədim el adətlərinə və inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.


Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Bu gündə qorxanların başından su töküb qorxunu alarlar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayırsan; demək, o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

Gözəl novruz səhəri
Bəzəyir kənd-şəhəri.
Zövq verir könüllərə
Bahar gəlir ellərə.

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun
Üzlərə sevinc qonar,
Hər yanda tonqal yanar.
Uşaqlar bu tonqalın
Üzərindən atlanar
İlaxır günlərində.

Sonuncu Torpaq Çərşənbəniz Mübarək Olsun

P.S:Biraz gec oLdu ama üzürLü sayın

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.