..:: Əziz Feat.Az-lılar Cüməniz Mübarək! ::..

05 Haziran 2015
3 479
0
..:: Əziz Feat.Az-lılar Cüməniz Mübarək! ::..
..:: Əziz Feat.Az-lılar Cüməniz Mübarək! ::..

http://i.hizliresim.com/MlND1g.gif
Cümənin fəziləti nədir, niyə qiymətlidir ?

1. Bir hədisi-şərifdə belə deyilir:

http://i.hizliresim.com/G16d3y.gif
"Allah qatında günlərin şahı Cümədir.


O Qurban və Ramazan bayramı günlərindən də fəzilətlidir."

1. Həzrəti Adəm o gün yaradıldı.


2. O gün yer üzünə endirildi.


3. O gün vəfat etdi.

4. O gündə (cümə) elə bir an vardır ki, günah və ya qohumlarla əlaqəni kəsmə mövzularında olmamaq şərtiylə, qul Allahu təaladan bir şey istəsə Allahu təala mütləq onu verər.

5. Qiyamət o gün qopacaq.
http://i.hizliresim.com/QgD65g.gif
"Allaha yaxın heç bir mələk, heç bir göy, heç bir yer yoxdur, heç bir külək, heç bir dağ və daş yoxdur ki, Qiyamətin qopmasına səhnə olacağı üçün Cümə gününün heybətindən qorxmasın."

Cümə, möminlərin bayramıdır. Bu gün edilən ibadətlərə ən az, iki qat savab verilər. Bu gün işlənən günahlar da, iki qat yazılır.

Hədisi şəriflərdə buyurulur ki: "Savablar içində Cümə günü və gecəsində ediləndən daha qiymətlisi, günahlar içində də, Cümə günü və gecəsində işlənənlərdən daha pisi yoxdur."

"Cümə günü, günah işləmədən keçsə, digər günlər də salamatlıqla keçər."

"Cümə günü, quşlar, vəhşi heyvanlar bir-birinə: "Salam sizə, bu gün Cümədir" deyərlər."

"Cümə, digər Cüməyə qədər və artıqdan üç gün içində işlənən günahlara şahidlik edər. Çünki yaxşı bir əməl işləyənə on qat savab verilər."

"Dörd gecənin gündüzü də, gecəsi kimi fəzilətlidir. Allahu təala, o günlərdə dua edənin istəyini geri çevirməz, onları bağışlayar və onlar bu günlərdə bol lütfkarlığa nail olarlar.


Bunlar: "Qədr gecəsi, Ərəfə gecəsi, Bərat gecəsi, Cümə gecəsi və günləridir."
http://i.hizliresim.com/QgD65g.gif
"Cümə günü qüsl alan kimsənin günahları bağışlanar."

"Cümə günü səhər namazından əvvəl, "Estağfirullahelazim ellezi la ilahə illa hüvel hayyel sürüşümə və etubü ileyh" oxuyanın, dəniz köpüyü qədər də olsa, bütün günahları bağışlanar."

"Belə böyük mükafat verilə bilməsi üçün, o adamın, düzgün etiqada sahib olması, qul haqqını, qəzaya qalan fərzlərini ödəməsi və haramlardan imtina etməsi şərtdir."

"Cümə günü və ya gecəsi ölən mömin, şəhid olar, qəbir əzabından xilas olar."

Ana -atanın qəbirini bilən, Cümə günləri onları ziyarət edən kimsənin günahları bağışlanar, onların haqqlarını da ödəmiş olar."

"Cümə günü 80 salavat gətirənin, 80 illik günahı bağışlanar."

"Cümə gecəsi Yasin surəsini oxuyanın günahları bağışlanar."

"Cümə günü və ya gecəsi Duxan surəsini oxuyana Cənnətdə bir köşk verilər."


2. Özünə Cümə namazı fərz olan hər müsəlmanın alış-verişini buraxıb namaza getməsi fərzdir.


http://i.hizliresim.com/G16d3y.gif
Üzrsüz Cüməyə getməmək haramdır. Azan oxunarkən isə, alış-veriş etmək məkruhdur. Halbuki alış-verişin özü halaldır.
Yəni alınan mal məkruh deyil, halaldır. Lakin azan oxunarkən alış-veriş edilməsi məkruhdur.

Hədisi şəriflərdə belə buyurulur ki: "Allahu təala, bu gündən etibarən, qiyamətə qədər sizə Cümə namazını fərz qıldı."

Adil və ya zalım bir imam (dini başçı)nə zamansa inkar edərək Cümə namazını tərk edənin, iki yaxası bir araya gəlməsin! dedi. Belə bir kimsə tövbə etməzsə, onun namazı, zəkatı, həcci, orucu və heç bir ibadəti qəbul olmaz.

"Allaha və axirətə inanan, Cümə namazına getsin!"
http://i.hizliresim.com/QgD65g.gif
"Cümə namazını qılmayan kimsənin qəlbi möhürlənər, yaxşılıq edə bilməz, qafil olar."

"Cümə namazına gedərkən ayaqları tozlanan kimsəyə Cəhənnəm atəşi haramdır."

"Böyük günah işlənmədiyi müddətcə, beş vaxt namaz ilə Cümə namazı, o biri Cüməyə qədər aralarda işlənən günahlara kəffarədir." (şahiddir,zamindir)

"Səfəri olana cümə namazı qılmaq fərz deyil, qılarsa fərz savabını alar."


Cümə namazı qılınmayan çox kiçik kəndlərdə və kafir ölkələrində, camaatla zöhr namazı qılınar və iqamət oxunar. Cümənin səhih olduğu yerlərdə, zöhrü camaatla qılmaq və iqamə oxumaq məkruh olar.
http://i.hizliresim.com/QgD65g.gif
"Məhkumlara Cümə namazı fərz deyil. Günorta namazını camaatla edə bilərlər."

Cümə namazı tək kişilərə fərzdir. Bu xüsusdakı hədisi- şəriflərdən ikisi belədir: "Cümə namazı qılmaq, kölə, qadın, uşaq, xəstələr xaric, hər bir müsəlmana fərzdir."

"Cümə namazına gəlməyən kişilərin evlərini yıxsam deyə düşündüm."

Qadınların Cümə günü, günorta namazını evlərində qılmaq üçün camaatın məsciddən çıxmasını gözləmələri şərt deyil.

3. Cümə günü oruc tutmaq müstəhəbdir.

http://i.hizliresim.com/G16d3y.gif
Hədisi şərifdə buyuruldu ki: "Cümə günü oruc tutana, on axirət günü oruc savabı verilər."

Bəzi alimlərə görə də, tək Cümə günü oruc tutmaq məkruhdur (bəyənilmir).

Hədisi şərifdə buyuruldu ki: "Tək Cümə günü oruc tutmayın! Bir gün əvvəli və ya bir gün sonrası ilə saxlayın."

"Sünnə və məkruh olduğu bildirilən bir iş edilməməlidir! Bunun üçün Cümə günü orucu, Cümə axşamı və ya şənbə ilə birlikdə tutmalıdır!"

Uca RƏbbim etdiyimiz duaları və qıldığımız namazımızı qəbul etsin.Amin

R.t..Zemichka

http://i.hizliresim.com/G16d3y.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.