Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!

26 Haziran 2015
3 957
0
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!

Ey iman gətirənlər!
Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
(Əl-Cümə surəsi: 9-10).

Gecə gündüzün bir-birini ötüb keçməsini ağıl sahiblərinə ibrət edən Allaha həmdi sənalar olsun. Onun tükənməyən nemətlərinə şükr edirəm. Peyğəmbərlərin və rəsulların ən şərəflisi Məhəmmədə, onun ailəsinə və əshabına salat və salam deyirəm.
Bütün xalqlar öz bayramlarını qeyd etməkdədirlər. Bu bayramların gəlişi və onların adlarının sadalanması hamını sevindirir. İslam ümmətinin də öz bayramları vardır. Bu bayramlardan biri də cümə günüdür. Bu həftəlik bayram, yalnız İslam ümmətinə xasdır. Yahudi və xaçpərəstlərə bu günü seçmək qismət edilməmişdir. Peyğəmbər (s.a.v.) buyurur: "Allah bizdən əvvəlki ümmətləri bu günü seçməkdən yayındırmışdır. Yəhudilər şənbə, xaçpərəstlər isə bazar gününü seçmişdilər. Bizi isə Allah təalə cümə gününü seçməyə müvəffəq etdi. Sonra həftənin günlərinin tərtibini cümə, şənbə və bazar günləri etdi. Həmçinin onlar Qiyamət günündə də bizdən sonra (haqq-hesab) olacaqlar. Biz dünyanın sonuncu ümməti, axirətdə isə ilk haqq-hesab olunacaq ümmətik" (Müslim rəvayət etmişdir). Peyğəmbər (s.a.v.) cümə günü haqda buyurmuşdur: "Üzərinə günəşın doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir). Ona görə də hər birimiz bu günün qədrini və xüsusiyyətlərini bilməliyik ki, bu günü ibadət və itaətlə, çoxlu dua etmək və Peyğəmbərə (s.a.v.) salavat deməklə keçirək. İbn əl-Qeyyim (r.a.) "Zədul Məad" adlı kitabında deyir: "Bu günü əziz, şərəfli tutmaq, bu günü digər günlərdən fərqli olaraq bəzi ibadətlərlə xüsusiləşdirmək Peyğəmbərin (s.a.v.) yolundan və hidayətindən idi. Hətta alimlər Cümə yaxud Ərəfat günlərinin hansının daha əfzəl olmasında ixtilaf etmişlər..." Sonra İbn əl-Qeyyim bu gün üçün 30-dan çox özəllik sadalamışdır və biz də onların bəzilərini qeyd edəcəyik:

1. Bu gün təkrarlanan bayramdır. Yəhudi və xaçpərəstlərə zidd olaraq bu gündə oruc tutmaq haramdır. Həmçinin bu gündə oruc tutmağın qadağan olma səbəblərindən namaz, dua və s. ibadətlərin layiqincə yerinə yetirilməsidir.

2. Bu gün "Məzid" (daha artıq mənasındadır.) günüdür. Bu gündə Allah təalə Özünü cənnətdə Möminlərə göstərəcəkdir. Allah təalə buyurur: "Dərgahımızda isə ondan artığı mövcuddur!" (50: 35). Ənəs (r) deyir: "Allah təalə hər cümə günü Özünü möminlərə göstərəcəkdir".

3. Cümə günü günlərin ən xeyirlisidir. Peyğəmbər (s.a.v.) buyurur: "Üzərinə günəşın doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir). 4. Bu gündə duaların qəbul olunan bir vaxtı vardır. Peyğəmbər (s.a.v.) buyurub: "Bu gündə elə bir saat vardır ki, həmən vaxt hər hansı müsəlman bəndə dayanaraq namaz qılar və Allahdan istəyərsə istədiyi ona verilər" sonra Peyğəmbər (s.a.v.) əli ilə işarə edib bu vaxtın azlığını bildirirdi. (Buxari və Müslim rəvayət emişdir).

5. Bu gündə yaxşı işlər görməyin fəziləti: Peyğəmbər (s.a.v.) buyurub: "Kim bir gündə bu beş əməli: - xəstəyə baş çəkər, cənazə arxasınca gedər, oruc tutar, cüməyə gedər və bir qul azad edərsə Allah onu Cənnət əhlindən edər." (Albani "Silsilətus Sahihə" kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir. Rəqəm: 1033). Hədisdə deyilən Cümə günü oruc tutmağın mənası yəni, hansına orucu tutanda bu günə təsadüf etməsi deməkdir.

6. Qiyamət bu gündə qopacaqdır. Peyğəmbər (s.a.v.) buyurur: "Qiyamət yalnız Cümə günündə qopacaqdır" (Müslim rəvayət etmişdir).

7. Bu gün günahlar bağışlanan gündür. Salman (r) Peyğəmbərin (s.a.v.) belə buyurduğunu deyir: "Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar (Qeyd:əvvəllər saça yağ sürtərdilər), imkanı catdığı qədər ətirlənər, sonra (evindən) çıxar və iki nəfəri ayırmaz (yəni, ön tərəfə keçmək üçün camaatın arasından keçməz), lazım olan qədər namaz qılar və İmam xütbə verdiyi zaman susarsa onun olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar" (Buxari rəvayət etmişdir).

8. Cümə namazına getməyin savabı çoxdur. Peyğəmbər (s.a.v.) buyurub: "Kim cümə günü ailəsi ilə yaxınlıq edər sonra qüsl alar (çimər), səhər erkəndən çıxıb tez piyada məscidə gedər, imama yaxın oturar, onu dinləyər və artıq heç bir hərəkət etməzsə onun atdığı hər addıma görə bir illik namaz və oruclu ilin savabı yazılar"(Tirmizi rəvayət etmişdir).

9. Bir cümə, digər cüməyə qədər və əlavə üç günün günahlarının bağışlanmasına səbəbdir. Peyğəmbər (s.a.v.) buyurur: "Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar" (Müslim rəvayət etmişdir).

10. Cümə günü və ya gecəsi ölmək yaxşı xatimənin (sonluğun) əlamətlərindəndir. Peyğəmbər (s.a.v.) buyurur: "Kim cümə günü və ya gecəsi vəfat edərsə qəbir əzabından qorunar" (Əhməd rəvayət etmişdir).

11. Bu gündə verilən sədəqə digər günlərdə verilən sədəqədən daha yaxşıdır. İbn əl-Qeyyim (r.a.) deyir: Ramazan ayında sədəqə vermək digər aylarda sədəqə verməkdən daha xeyirli olduğu kimi, bu gündə verilən sədəqə də həftənin digər günlərində verilən sədəqədən daha yaxşıdır. Mən şetxulislam İbn Teymiyyəni (r.a.) cüməyə gedərkən evində olanlardan: çörək və s. götürüb yolda gizli sədəqə verdiyini görürdüm... Cümə gününün bundan da çox üstünlükləri mövcuddur. Hətta onun bir üstünlüyü olasaydı, artıq bununla onun qədrini bilmək və bu gündə yaxşı əməl görmək üçün kifayət edərdi. Bəs bu günün dediyimiz qədər üstünlükləri olduğu halda onu necə dəyərləndirmək lazımdır...?!
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!

Müsəlman qardaş! Bu gündə ediləcək müxtəlif sünnə və ədəb-ərkanlar vardır, bunlardan:


1. Cümə günü səhər sübh namazında səcdə və insan surələrini tam oxumaq sünnədir.

2. Cümə namazına erkən getmək. Bəzi insanlar bu məsələyə laqeyd yanaşırlar. Bəziləri namaza çox az qaldıqda evdən çıxır və məscidə gəlirlər. Peyğəmbərin (s.a.v.) cümə günü məscidə erkən gəlmək haqda bir çox hədisləri vardır. Peyğəmbər (s.a.v.) buyurur: "Cümə günü məscidin hər qapısının üzərində mələklər dayanır və namaza gələnlərin adlarını yazırlar. İmam minbərə çıxıb oturduqda onlar da yazdıqları səhifələri bağlayar və oturub xütbəni dinləyərlər. Kim daha erkən gələrsə bir dəvə sədəqə etmiş adama bərabər olar, ondan sonra gələn inək, sonrakı qoyun, daha sonra gələn toyuq, sonuncu gələn isə yumurta sədəqə vermiş adama bərabər olar" (Müslim rəvayət etmişdir). Bu hədisdə Peyğəmbər (s.a.v.) məscidə erkən getməyi mal ilə edilən sədəqəyə bərabər tutmuşdur. Cümə günü məscidə erkən gedən adam qurbanlıq bayramında olduğu kimi iki ibadəti: bədən və mal ilə edilən ibadətləri bir araya cəm edər. Sələfilər cümə namazına erkən getməyi adət etmişdilər. Bəzi alimlər deyirlər: cümə günü sübh namazından sonra günəş çıxmamış məscidə getmək daha yaxşı olardı. Hicrətin ilk əsrlərində sübh namazından sonra yollarda böyük izdiham müşahidə olunurdu. İnsanlar əllərində çıraq, bayram günlərində olduğu kimi, toplum şəklində məscidə gedirdilər. Lakin sonradan bu adət tədricən unuduldu. Onlar bu vaxt ərzində ibadət edər, Quran oxuyar, Allahı zikr edər, nafilə namazlar qılardılar. İbn Ömərin (r) Cümə namazından öncə on iki rükət, İbn Abbasın (r) isə səkkiz rükət nafilə namazı qıldığı rəvayət olunur. Namaza erkən getmək üçün axşamlar tez yatmaq lazımdır. Səhər tezdən dünya işlərini kənara qoyub cüməyə hazırlaşmaq lazımdır. Həmçinin bu gündə qazanılan savabı xatırlamaq və bu savaba nail olmaq üçün çalışmaq lazımdır.
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
3. Bu gündə Peyğəmbərə (s.a.v.) çoxlu salavat demək. Peyğəmbər (s.a.v.) buyurur: "sizin ən gözəl günlərinizdən biri cümə günüdür. Adəm bu gündə yaradılmış və bu gündə də ölmüşdür, bu gündə (insanların məhşərə toplanması üçün) sura üfürüləcək, insanlar bu gündə diriləcəklər. Bu gündə mənə çoxlu salavat deyin. Həqiqətən sizin dediyiniz salavatlar mənə yetişir. Allah, Peyğəmbərlərin cəsədlərini yeməyi yerə (torpağa) haram etmişdir" (Əhməd rəvayət etmişdir).

4. Cümə günü çimmək (qüsl almaq): Peyğəmbər (s.a.v.) buyurur: "Sizlərdən biriniz cüməyə gəldikdə çimsin (qüsl alsın)" (Buxari və Müslim rəvayət etmişlər). Alimlər cümə qüslünün vacib və ya müstəhəbliyində ixtilaf etmişlər. Alimlərin əksəriyyəti cümə qüslünün müstəhəb olmasının tərəfdarıdırlar. Savaba nail olmaq üçün bu gündə çimmək müstəhəbdir.
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
5. Ətirlənmək, misvaklanmaq (fırça ilə dişləri təmizləmək) və ən gözəl paltarları geyinmək. Çox insanlar cüməyə gələrkən bu cür gözəl sünnələrə laqeyd yanaşırlar. Təəsüf olsun ki, hər hansı bir toya və ya başqa yerə gedərkən onları, ən gözəl paltarlarını geyindiklərinin və ən gözəl ətirlərdən istifadə etdiklərinin şahidi olursan...! Peyğəmbər (s.a.v.) buyurub: "Kim cümə günü qüsl alar, misvaklanar və olan ətirdən ətirlənər, ən gözəl paltarını geyinər, sonra evdən çıxıb məscidə gələr, məsciddə insanların başı üzərindən keçməz, istədiyi qədər namaz qılar, imam (minbərə) çıxdıqdan sonra namaz qurtarana qədər danışmazsa, bütün bunlar onun keçən cümədən bu cüməyə qədər olan günahlarının bağışlanmasına səbəb olar" (Əhməd rəvayət etmişdir). Həmçinin digər hədisdə deyilir: Peyğəmbər (s.a.v.) buyurub: "Həddi büluğa çatmış hər bir adam cümə qüslü almalı, misvaklanmalı və imkanı olan ətirdən ətirlənməlidir" (Müslim rəvayət etmişdir).

6. Bu gündə Kəhf surəsini oxumaq müstəhəbdir. Peyğəmbər (s.a.v.) buyurub: "Kim cümə günü Kəhf surəsini oxuyarsa onun üçün iki cümə arasında bir nur olar" (Hakim rəvayət etmişdir). Bu surəni məsciddə oxumaq şərt deyildir. Onu evdə də oxumaq olar.
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
7. Xütbəni dinləmək vacibdir. Bu vaxt danışmaq olmaz. Xütbəni diqqətlə dinləmək və ondan faydalanmaq lazımdır. Peyğəmbər (s.a.v.) buyurub: "Əgər sən cümə günü imam xütbə verən zaman yanındakı adama sus desən artıq danışmış olursan" (Buxari və Müslim rəvayət etmişlər).

8. İnsanların başı üzərindən keçib onlara əziyyət vermək olmaz. Peyğəmbər (s.a.v.) xütbə verdiyi zaman bir nəfər insanların başı üzərindən keçməklə onlara əziyyət verirdi. Bu vaxt Peyğəmbər (s.a.v.) buyurdu: "Otur artıq əziyyət verib camaatı yordun" (Əhməd rəvayət etmişdir). Bu hərəkəti adətən gecikənlər edirlər.
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
9. Cümə namazından sonra məsciddə dörd rükət sünnə namazını qılmağı unutma. Əgər bu sünnə namazını evdə qılmaq istəsən onda iki rükət qıl.
Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!
Müsəlman bacı və qardaş! Sən cümə namazını deyildiyi qaydada qılıb məsciddən çıxdıqdan sonra inşallah lazım olan savabı qazanmısan. İbn Rəcəb (r.a.) adlı bir alim "Lətaiful Məarif" kitabında buyurur: "Bəzi sələfilər günortanın qızmar vaxtında cümə namazından qayıdarkən Qiyamət günü insanların məhşər meydanında haqq hesab olunduqdan sonra ya cənnətə yaxud da cəhənnəmə düşəcəklərini fikirləşərdilər. Çünki Qiyamət cümə günü qopacaqdır. Həmin günün yarısında artıq cənnət əhli cənnətdə, cəhənnəm əhli də cəhənnəmdə olacaqdır. Bu söz İbn Məsud (r) adlı səhabənin sözüdür. O, bu sözləri dedikdən sonra bu ayəni oxudu: "O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl olacaqdır!"(25: 24)". Bir şeyi xatırlatmaq istəyirəm ki, bu gündə duaların qəbul olunan bir vaxtı vardır və alimlər bu vaxtı cümə gününün ən son saatı olduğunu: yəni, Məğrib namazına bir saat qalmış, təyin etmişlər. Bu vaxtı hədər vermədən təvazükar halda Rəbbinə dua et, Ondan istədiyini dilə, öz nəfsindən Ona bir xeyir göstər. Peyğəmbər (s.a.v.) bu saat haqda buyurmuşdur: ""O gündə elə bir saat vardır ki, bu vaxt hər hansı müsəlman bəndə dayanaraq namaz qılar və Allahdan istəyərsə istədiyi ona verilər"(Buxari və Müslim rəvayət emişdir)."

Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!




Cümə Gününüz Mübarək!

Əziz FeaT`lılar Cümə Gününüz Mübarək!ALLAH qıldığımız namazımızı və tutduğumuz orucumuzu qəbul etsin in şə ALLAH.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.