Əziz FeaT`lılar Cüməniz Mübarək..!












Məhz bu gündə müəyyən bir vaxt var ki, həmin radələrdə dua edənin duası qəbul olunar.





Cümə günü günlərin ən hörmətlisidir. Cümə günü günlərin ağasıdır və o Allah-Taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.
Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsinə sevinsinlər. Həm xeyir, həm də şər cümə günü ikiqat artar.




Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki cümə günü digər günlərdən üstündür.Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.






Cümənin gündüzü gecəsindən daha qiymətlidir. Bu gündə müsəlmanlara xeyir-bərəkət və yaxşılıq vardır. Cümə günü gəldiyi üçün sevinən bir möminə qiyamətə qədər hər gün o qədər savab verilir ki, bunu tək Allah-Təala bilir.
Günlərin ən qiymətlisi cümədir. Cümə dünyada və Cənnətdə möminlərin bayramıdır.Ana-atasının və ya ikisinin birindən qəbrini hər cümə günləri ziyarət edənin günahları bağışlanır. Haqlarını ödəmiş olur.
Cümə fəqirlərin həccidir və möminlərin, göy əhlinin bayramıdır, Cənnətdə də bayram günüdür. Günlərin ən yaxşısı, ən şərəflisi cümədir.





Cümə günü günah işləmədən keçsə, digər günlər də salamatlıqla keçər.
Cümə günü oruc tutan üçün on axirət günü oruc savabı yazılar.




Cümə günü səksən salavat gətirənin, səksən illik günahı bağışlanar
Cümə günü dırnaq kəsmək şəfaya səbəbdir.





Cümə günü və ya gecəsi “Duxan” surəsini oxuyana Cənnətdə bir köşk lütf edilər.
Cümə günü və ya gecəsi ölən mömin, şəhid olar, qəbir əzabından xilas olar.
Cümə günü yaxşılıqların xəzinəsidir və gözəl şeylərin mənbəsidir.










Cümə günü quşlar və vəhşi heyvanlar bir-birinə "Salamın əleykum, bu gün Cümə günüdür" deyərlər.
Cümə gecəsi “Yasin” surəsini oxuyanın günahları bağışlanılar.
Allah-Təala hər Cümə günü 600.000 adamı Cəhənnəmdən azad edər. Bunların hamısı Cəhənnəmə layiq olub Cümə gününün bərəkəti ilə Cəhənnəmdən çıxarılar.





Cümə namazına getmək, yetkinlik çağına çatmış hər müsəlmana fərzdir.


