♈ Qurban Bayramınız ♈ Mübarək Olsun ◕ ‿ ◕ » Feat.Az Sekiller, Xeberler, Yazili

♈ Qurban Bayramınız ♈ Mübarək Olsun ◕ ‿ ◕

01 September 2017
8 046
18
♈ Qurban Bayramınız ♈ Mübarək Olsun ◕ ‿ ◕


♈ Qurban Bayramınız ♈ Mübarək Olsun ◕ ‿ ◕



Salam,hər vaxtınız xeyir Əziz FeaT.Az-lılar.Bu gün Müsəlmanların əziz bayramlarından olan Qurban bayramıdır.Hər kəsi bu gözəl,müqəddəs bayram münasibətilə təbrik edirəm.Allah Təala kəsilən bütün qurbanları qəbul etsin.Amin.

“Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!”
(əl-Kövsər surəsi, 2)


- Peyğəmbərimiz Muhamməddən (s) rəvayət olunur ki, O da (s) qurban bayramı günü iki kök,ətli qoç kəsmişdi,biri ailəsinin,biri də ümmətinin adından.

- Qurban bayramı günü Allah Təala üçün ən sevimli əməl qurban kəsməkdir.

- Qurban kəsilərkən, qurbanlıqdan axıdılan ilk damla qanla sahibin günahları bağışlanır.

- Qurban kəsərkən və ya kəsdirərkən bunu demək gərəkdir; “Bismillah, Allahu əkbər!” Yaxşı olarkən buna əlavə olaraq belə deyilsin; “Allahım bu qurbanlıq Səndəndir, Sənin verdiyindir və Sənin üçün kəsilir. Allahım məndən və filankəslərin adından qəbul et!”

- Qurban kəsmək, hər imkanı çatan şəxs üçün bəyənilən əməldir.

- Bir qurban kəsmək, öz himayəsində olanların (məsələn ailəsi adından) adından kifayətdir.

- Qurban kəsiləcək qoyun 6 aylıqdan böyük, inək isə 2 yaşından yuxarı olmalıdır.

- Qurban mütləq bayram namazından sonra kəsilməlidir.

- Qurbanlıq 3 bərabər hissəyə bölünür. 1 hissəsi ailə üzvləri üçün. 1 hissəsi ehtiyacı olan qohum və qonşu üçün. 1 hissəsi də kasıblar, imkansızlar və ehtiyacı olanlar üçün.

- Qurban kəsdirən, qurbanlıqdan qəssaba işinin əvəz haqqısı kimi heç nə verməməlidir. Yalnız sədəqə və ya pay kimi verə bilər.

- Qurbanlığın nə ətindən, nə dərisindən, nə də heç bir hissəsindən satmaq olmaz! Qurban sırf və ixlasla Allah üçün alınmalı, Onun üçün kəsilməli və Onun üçün paylanmalıdır, heç bir qarşılıq və ya mənfəət əldə etmək üçün istifadə olunmamalıdır!













Bir daha Bayramımız Mübarək olsun

Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərhlər
Nik.siz gozel
qecde olsa tebrik:))))))))))))))
Tatlı Yalancı
Gecdə olsa təbrik edirəm bütün müsəlmanların bayramını. Qəşəh xəbər olub əllərivə sağlıq )
Tina
bayraminiz mubarek mende amin deyirem
Laura
bayraminizzz mwbarekk))

bayraminizzz mwbarekk))
Sebine.
superdi ellerinize saqliq her kesin qurban bayrami mubarek olsun
FeaT.Az
Bu Dəqiqədən etibarən Bu xəbərə Şərh Yazan hər bir İstifadəçiyə Qruban Bayramı Medalı təqdim olunacaq qrupundan aslı olmayaraq.(Medal verdiklərimiz istisna)
Dear..
Çox saol gözəl xəbərçün.
-Məndə bütün müsəlmanları ürəydən təbrik edirəm.Rəbbim etdiyimiz dualrı,qılınann namazlarımızı və kəsdiyimiz qurbanları qəbul etsin in şə Allah..^_^
Alev..
-Bütün Müsəlmanların Qurban Bayramını təbrik edirəm..
crazy_reniw
Her kesi tebrik edirem Allah qurbanlarinizi namazlarini qebul etsin xebere gore ellerine saqliq
AleDa
Qurban Bayraminiz mubarek. Allah kesilen qurbanlarinizi dua ve namazlarinizi qebul etsin,evinizden ruzi bereket eksik olmasin Amin.
Geri 1 2 İrəli
Şərh Yaz