20 Yanvar Yazılı Şəkilləri

20 Yanvar Yazılı Şəkilləri

20 Yanvar Yazılı Şəkilləri
































































































20 Yanvar - 1990-da SSRİ Prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 100-dən artıq silahsız insanı qətlə yetirdi.
20 Yanvar - 1990-ci il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 31 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan Xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi...
20 yanvar tariximizə qan ağlayan qara hərflərlə yazılan və yaddaşlardan silinməyəcək bir iz buraxan günümüzdür. Allah o hadisələrdə həlak olan şəhidlərimizə rəhmət etsin. O vaxtları biz lap dərin xatırlamasaqda, övladlarını, əzizlərini itirmiş ağbirçək-ağsaqqalların üzlərindəki qırışdan, gözlərindəki kədərdən və qəm yaşlarindan o gunləri oxuya, başa duşə bilirik artiq...
Qanlı 20 Yanvar bizə çox mətləbləri öyrətdi, dostumuzu-duşmənimizi tanıdıq. Bir gecədə bu qədər şəhid vermiş Vətənimiz, başını uca tut!
Gör bizə nə qədər əzizsən ki, uğrunda can verən igidlərin var. Əlbət bu dünyanın çərxi xalqımızın da xeyirinə bir gün dönər!...
Vətənimiz Uğrunda Şəhid olan Bütün Şəhidlərimizə FeaT.Az adından Allahdan Rəhmət diləyirik...Rahat yatın Vətən övladları, nahaq axmış qanınız 1 gün yerdə qalmayacaq!...

Ağlama,qərənfil,düşməni ağlat
Ölməz Şəhidlərin ruhunu yaşat
Bir gün güldürəcək bizi də həyat,
Xalqımız çıxacaq nurlu sabaha ,
Ağlama ,qərənfil,ağlama daha!


RƏYLƏR
  1. Refiqe
    Sehidlerimize Allah qeni qeni rehmet elesin unutmayaq ki biz onlarin hesabina bu gun variq yasayiriq yasayacaqiqda
  2. alara
    • alara
    • 20 Ocak 2016 17:51
    ALLAH rehmet elesin butun SEHIDLERIMIZE men inaniramki bir gun onlarin qisasi alinacaq bu veten bizimdir bizimde qalacaq yagi dusmen cox xoxalansin orda amma ferq etmez o torpaqlar geri alinanda onlarin koku kesilende sesleri qalacaq iclerinde
  3. _afoRoz_
    Dikkat! Gizli yazıları görüntüleme yetkiniz bulunmuyor.
  4. SEHRI
    • SEHRI
    • 20 Ocak 2016 14:04
    Sekillere baxarken gozlerim dolur.
    Bezen ele anlar olurki susmaq cox seyi anlatir.Elimizden geldiyi qeder tariximizi usaqlara oyretmeye calisiram amma bezen sagirdlerin niye bizim dinc eliyalin insanlari oldurubler niye bize dusmencilik edirler suallarina cavab tapa bilmirem .
    Allah rehmet elesin butun sehidlere(((
  5. BaBY..
    -`ALLAH RAHMET EYLESİN Şəhidlərimiz.Siz bizim azadlığımız üçün öz canınızdan keçdiz.Məkanınız cənnət olsun . Rəbbim ailənizə,sevdiklərinizə səbr versin . Bizim indi bir tərəfimiz ağlar,bir tərəfimiz isə sevinər . Biz ağlayırıq çünki cavan insanlarımızı,yaşlılarımizi,korpelerimizi itirdik onunçün, amma seviniriksə Azərbaycan azad olduğu üçün sevinirik . Amma yalnız sizin sayenizde biz azad olduq.ALLAH RAHMET ELESIN.Azerbaycan Başın sağ olsun...((:/
  6. ceyla
    • ceyla
    • 20 Ocak 2016 10:23
    Allah rehmet elesin sehidlerimizi
  7. Agaeva
    Allah Rehmet elesin

    Allah Rehmet elesin

    Allah Rehmet elesin

    Allah Rehmet elesin

    Ağlama ,qerenfil, düşmeni ağlat
    Bir gün güldürəcek bizi de heyat,
    Xalqimiz çıxacaq nurlu sabaha
    Ölmez Şəhidlerin ruhunu yaşat,
    Ağlama, qerenfil ağlama, daha!
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.