Feat.Az ailedir...!!!

06 Ekim 2014
5 088
0
Feat.Az ailedir...!!!
Bir meşədə azmışdım... Qarşıma iki yol çıxdı...
Biri qaranlıq! (Feat.az) Biri də işıq saçırdı! (Başqa sayt)
Mən işığı seçdim... (başqa saytı) Bir addım atmışdım ki,adımı soruşdular! Cavab verdim...
Adıma lağ edib güldülər... Fikir vermədim.. Yenicə bir addım atmışdım ki, yaşımı soruşdular...
Sənə hələ balacasan deyib döyməyə başladılar... Dinimi soruşdular, biləndən sonra müsəlmanam deyə aralarına almadılar!!! Çəkildim kənara... Böyüdüm,orda... Böyüdükcə gözəlləşdim,gözəlləşdikcə müvəfiqiyyətlər əldə etdim!!!
Artıq ən güclü mən idim... Amma mən əzmirdim... Hər gələnə gülürdüm,xoş gəldin deyirdim...
Hər kəsə kömək edirdim... Bax buna görə SEVİLİRDİM!
Hamının bir anda hər şeyi olmuşdum... Kimisi mənə, kimisi tacıma (statusuma) vurulmuşdu...
Ən önəmlisi odur ki, dırnağımla,dişimlə əziyyət çəkə-çəkə gəlmişdim mən! Çoxlarından fərqli olaraq... Bir zaman mənə qanun qoyanlar indi mənim qanunlarımla oturub dururdu...
Zaman keçdikcə ikiüzlüləri gördüm! Üzünə can deyib arxanca söyəni gördüm! Sənə xoşbəxtlik diləyib içindən bədbəxt olmağımı istəyəni gördüm! Pis, yaxşı... gördüm...! Çox gördüm...
Sonunda bəzi insanların həmişə maskalandığını gördüm və heç vaxt düzəlməyəcəklərini anladım... Tacımı verdim onlara! Son olaraq
“ Görürsünüz bu tacı necə gözəldir? O kimin başındadırsa onu kraliça edir! Amma yerə qoyulduğu zaman bir dəyəri olmur. Onu yalnız pula sata bilərsən.. Amma insanlıq, onu nə pula dəyişərsən, nə də milyonlara! İnsan olun! Özünüzlə qəbirə aparmayacağınız heçnə üçün alçalmayın! ” dedim, imtina edib geri döndüm!
Ya geri dönməliydim ya da qaranlığa (Feat.aZ-a) getməliydim...
Mən qaranlığı (Feat.Az-ı) seçdim!!!
Bir addım atmışdım ki, çox qorxdum çünki bura zülmət idi... Kimsə əlimdən tutdu o anda... Önümdəki qapını açmağımı söylədi... Və mən qapını açdım!
O an gözlərim kor oldu... O qədər işıq var idi ki, göz-göz görmürdü... Öyrəşdim bura bir müddət keçdi... Kimsə mənə xoş gəldin dedi bax bu ALiYeV ve Baunty) idi!
Feat.az-dan bəhs etdi... O anda yaralı qəlbim sevdi buranı! Demək hər şey göründüyü kimi deyilmiş... İşığın altında zülməti,qaranlıqda isə işığı görmək olarmış...
Burda da var idi haqsızlıq,zülm... Amma ədalət həmişə öz yerini tapırdı!
Burda da var idi pislər... Amma yaxşılar bir addım öndə idi!
Burda da var idi şər... Amma xeyir onun yerini alırdı!
Rəqabət,Sevgi,Nifrət,Paxıllıq,yaxşılıq,Pislik...
Burda hər şey var idi!!! Bax buna görə də hər şey çox fərqli idi!
Ən önəmlisi burda həmişə bir-birinin ətini yeyən,əslində isə bir-birinə hər şəraitdə kömək edən bir AİLƏ var idi! Təbii ki, bu Feat.az.-lılar idi!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.