Bu gün ilk çərşənbədir.. Su çərşənbəniz mübarək..

23 Şubat 2021
11 668
5
Bu gün ilk çərşənbədir.. Su çərşənbəniz mübarək..
Bu gün ilk çərşənbədir.. Su çərşənbəniz mübarək..



Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir. Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər



Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.





Qızlar, su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn problemlərinizi, kədərinizi qəmminizi su yuyub aparsin. Özü ilə ancaq gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək olsun. Amin! Öpürəm hər birinizi...


HAMINIZIN SU ÇƏRŞƏNBƏSİNİ TƏBRİK EDİRİK

Əvvəlki Xəbər
RƏYLƏR
  1. Şaki
    • Şaki
    • 23 Şubat 2016 19:44
    Tebrikley Bayram hamimiza ugurlu gəlsin
  2. allah bendesi
    bahem inşALLAH Amin..cox sag olun xeber ucun elleriniz var olsun...butun FeaT.Az ailemi mende tebrik edirem her şey konlunuzce olsa
  3. FeaT.Az
    Çox sağol, Mənd təbriklərə qoşuluram) hamınızı təbrik edirəm. İn şa Allah bu il uğur gətirər hamımıza..
  4. alara
    • alara
    • 23 Şubat 2016 15:02
    gozel xeberdir butun feat azlilarin ve butun muselman dostlarimizin ilk su cersenbesi mubarek
  5. ceyla
    • ceyla
    • 23 Şubat 2016 12:46
    tebrik edirem butun FEAT .AZLİLARİ ilk su cersenbeniz mubarek 13
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.