Feat.Az 6 Yaşında - 6 İldir Sizlərlə Dəyərli!

13 Ağustos 2020
774
0
Feat.Az 6 Yaşında - 6 İldir Sizlərlə Dəyərli!
Salam Feat.Az saytının dəyərli istifadəçi və qonaqları. Tam 6 il əvvəl bugün Feat.Az saytı Azərbaycan internet məkanında öz fəaliyyətinə başladı. Bu illər ərzində saytımız bir çox dəfə həm kontent, həm dizayn, həm də texniki olaraq yeniləndi. Bu yeniliklərlə birlikdə, yeni istifadəçilərlə birlikdə olmaq imkanımız oldu, bəzilərilə isə tam əksinə yollarımız ayrıldı. Bu müddət ərzində bir çox istifadəçilərimiz saytımızı öz xəbərləriylə zənginləşdirdilər, bir çoxları dəyərli fikirlərini bu xəbərlərə bildirdilər və sizlərin dəyərləriylə saytımız bu günlərə qədər gəlib dəyərlənə bilmişdir. Bu münasibətlə saytımızda 2192 günədək bizimlə olan 3213 qeydiyyatlı istifadəçi və 18340530 qonaq olaraq saytımızı ziyarət edən hər birimizi Feat.Az rəhbərliyi olaraq təbrik edirəm.

Qısaca 12 avqust 2014 və 12 avqust 2020-ci illəri arasında Feat.Az saytının toplam Google Analytics statistikası aşağıdaki şəkildədir.

Unikal Sayt Ziyarətçiləri ≈> 18340530

Giriş Sayı ≈> 54911330

Baxış Sayı ≈> 166535264


Bizə dəstək olan sizlərdən sonda saytımızın daha da inkişafı üçün dəyərli fikirlərinizi qeyd etmənizi və hansı dəyişiklikləri görmək istədiyinizi rəy olaraq görmək istərdik.


6 il müddətində saytımızda əməyi keçən və saytımızı daim ziyarət edərək bizlərlə birlikdə olan istifadəçilərimizə minnətdarlığımızı bildirir və 7 yaşımızı da birlikdə qeyd etməyimizi diləyirik.

Hörmətlə, Feat.Az rəhbərliyi!

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.