Od Çərşənbəniz Mübarək!

02 Mart 2020
18 083
13
Od Çərşənbəniz Mübarək!

Od Çərşənbəniz Mübarək!

Bu gün Novruz ərəfəsində qeyd olunan Çərşənbələrin ikincisi – Od Çərşənbəsidir. Od Çərşənbəsinə “Danatma Çərşənbəsi” də deyilir. Bu ad, Od Çərşənbəsində qeyd olunan “Danatma” mərasimi ilə bağlıdır. Bu mərasimdə, əsasən, oğlanlar iştirak edir. Alatoranlıq düşməmiş kənddən uzaq dağın və ya təpənin üstündə bir neçə tonqal qalanır. Tonqalı dan yeri sökülənə qədər sönməyə qoymurlar. Oğlanlar tonqal ətrafında müxtəlif oyunlar keçirir, “Zopu-zopu” oynayır, qurşaq tuturlar (güləşirlər). Dan yeri ağaranda, günəşin ilkin şüaları görünməyə başlayanda əvvəlcədən hazırlanmış məşəlləri tonqalda alışdırıb, “Gün çıx, gün çıx, kəhər atı min, çıx!” oxuyaraq kəndə yollanırlar. Həmin alovla ocağı, təndiri, kürəni yandırırlar.






Eviniz nurlu-bərəkətli, Ocağınız daim yanar olsun, əziz FeaT.az-lılar! Qarşıdan gələn Novruz bayramı öz bahar nəfəsi ilə qəlbinizə sevinc, ruhunuza əmin-amanlıq gətirsin!

Od Çərşənbəniz Mübarək!

Əvvəlki Xəbər
RƏYLƏR
Alessia
Çox sağol... Məndə Her kesin Çerşenbesini Tebrik edirem..İn şa Allah Novruz özü ilə bütün ailələrə XoşbəxtLik gətirər...Amin.
Dear..
Çox saol sinizdə bayramınız mübüş.qəşəng xəbərdi əllərinə sağlık
FeaT.Az
Çox sağol Nuruş)Məndə Hamınızı Bu Münasibətlə təbrik Edirəm)Yazılan bütün Təbriklərə qoşuluram)