9 noyabr – Dövlət Bayrağı günü münasibətilə ÖZƏL təbrik!
Əziz və dəyərli xanımlar! Şəxsən öz adımdan məhz bu dəfə siz xanımları təbrik etmək qərarına gəldim. Bəlkə də sual verə bilərsiniz, məhz niyə Bayraq günü münasibətilə və niyə məhz siz xanımlar? Cavabı elə də mürəkkəb deyil. Eşidin...
Çünki, bizlərə Vətənpərvərlik ruhunu aşılayan bu Bayram, biz bəylərlə bərabər siz xanımlara da aiddir. Ona görə, bildiyiniz kimi bizim Odlar Yurdu Azərbaycanımızın tək bəyləri yox, həmçinin xanımları da Vətənpərvərdir. Xanımlarımızın da içində elə xanımlar var ki, Azərbaycanın adı səsləndə, onun Bayrağı dünyanın istənilən nöqtəsində ucalanda qeyri-ixtiyari olaraq gözlərindən yaş süzülür
Və qəlbən qürur hissi ilə öz-özlərində bir daha belə təsdiqləyirlər...
Bu cür hisslər, əsasən təyyarə vasitəsilə ölkəyə qayıdan vətəndaşlarımız və qonaq gələn həmvətənlərimiz tərəfindən Bakı Hava Limanına eniş zamanı daha da nəzərə çarpır
Ana Vətən Azərbaycanımızın xanımlarını unuda bilmədim, çünki onlar da sabahın anaları olacaqlar. Bir gözəl kəlmə də var qadınlar haqqında: “Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın gücdür.” Bu kəlmə ilə bir daha biz kişilər güc alaraq, Doğma Vətənimizi sarsılmaz etmiş oluruq.
Deyilən, səslənən bu cür hörmət əlamətli və qürur hissləri ilə dolu təbrik notlarını aşağıdakı xanımları məhz, xanımlıqlarına və hər zaman bəylərin diqqətinə layiq olduqlarına görə aşağıdakı tər güllərlə təltif etmək istərdim.
Bir daha VƏTƏNPƏRVƏR xanımlarımızı DÖVLƏT BAYRAĞI GÜNÜ münasibətilə ürəkdən təbrik edir, sizlərə bu cür Respublikada öz adımdan və bu təbrikə mənimlə birlikdə qoşulmaq niyyəti olan bəylərin adından daima xöşbəxt, firavan və sülh içində şövq ilə yaşayıb yaratmağı arzu edirəm. Bayramınız Mübarək Əziz Xanımlar!
ADNUR
Anastasiya
ALiYeVa
ALmiLa...
Asi
ձყlﻨ ցεƈε
♥Deli Qız♥
Kiraz Mevsimi
Əsgər Sevgilisi
PrinCessA_:)
Adları qeyd olunmayan xanımlardan əvvəlcədən ona görə üzr istəyirəm ki, burada çoxlarınızı tanımıram və yəqin hamı çox gözəl bilir ki, hər kəsi tanımağa nə fiziki, nə də mənəvi vaxtımız var. Bundan ötrü adları qeyd olunmayan xanımları yuxarıdakı kimi tək-tək yox, hamısını birdən böyük bir buketlə təbrik edim ki, gəlib hərəsi öz gülünü çıxarsın getsin Buyurun... Sizi də təbrik edirəm