Qonşu ölkə haqqında bir-birindən təəccüblü 18 fakt

24 Ağustos 2017
1 159
0
Qonşu ölkə haqqında bir-birindən təəccüblü 18 fakt
Rusiya haqqında bu faktları məşhur Britaniya qəzeti The Telegraph yayımlayıb. Onlardan bəziləri bizə tanışdır, çünki uzun müddət eyni sistemdə yaşayan xalqlarıq. Lakin bəziləri sizi həqiqətən də təəccübləndirə biləcək. Beləliklə, qonşu ölkə Rusiya haqqında az bilinən 18 fakt ilə tanış olaq.

1. Hitler Sankt Peterburqu işğal edəcəyi halda, bunun şərəfinə keçirəcəyi banketi məhz şəhərdəki “Astoriya” mehmanxanasında keçirməyi planlaşdırırdı.

2. Ölkənin ən böyük muzeyi olan və Sankt Peterburqda yerləşən “Ermitaj” həm də 70-ə qədər pişiyin məskənidir. Bu ənənənin kökləri 1745-ci ilə qədər gedib çıxır. Məhz həmin il şəhərin əsasını qoymuş Böyük Pyotrun qızı imperatriça Yelizaveta bu barədə göstəriş vermişdi. Bundan əlavə, muzeydə 22.5 km uzunluğunda mərmər dəhlizlər mövcuddur.

3. Şənbə günü vətəndaşlar öz şəhərlərinin küçələrini təmizləməklə məşğul olurlar. Bu ənənə inqilabdan sonra qoyulsa da, hələ də davam etməkdədir.

4. “Qırmızı meydan” adının kommunizmlə heç bir əlaqəsi yoxdur. Qırmızı və gözəl sözlərinin rus dilində oxşarlığından meydana gəlmişdir. (krasniy, krasiviy)

5 “İnqilab Meydanı” adlı metrostansiyada itlə olan bürünc skulptura var. Belə deyirlər ki, əgər onun burnuna toxunsanız, bəxtiniz gətirəcək. Ona görə də itin burnu belə parıldayır və sürtülüb.

6. Lakin bu Rusiya ərazisində olan yeganə it skulpturası deyil. Bundan başqa, 1957-ci ildə kosmosa göndərilən kosmonavt it Layka üçün də abidə qoyulub.

7. Ruslar qarderobları çox sevir. Siz restoran, bar, muzey və ya qalereyaya getmənizdən asılı olmayaraq, belə bir qarderobla üzləşəcəksiniz. Ən maraqlısısa odur ki, bu qarderobların çoxunu nənələr idarə edir.

8. Gül hədiyyə etmək nəzakət əlaməti olaraq görülür. Lakin, gülləri verməmişdən əvvəl əmin olun ki, sayları cüt deyil. Belə ki, cüt sayda gülləri ancaq kimsə vəfat etdiyində gətirirlər.

9. Sankt Peterburqda Petropavlovsk qalasının yanında dovşan heykəlciyi var. 18-19-cu əsrlərdə adanı qismən su basanda ölmüş heyvanların xatirəsi üçün qoyulmuş bu abidəyə qəpik ataraq, dəyə bilsəniz – bu sizə uğur gətirəcək.

10. Şəhər kənarına çıxdıqda, maşınlar azalır, saç düzümləriysə get-gedə qəribələşir.

11. Ruslar alkoqol istifadəsinə görə dünyada 4-cü yerdədirlər. Rusiyanı Belarus, Moldova və Litva qabaqlayır. Rusca araq sözü su sözündən yaranmışdır.

12. Moskva metrosu dünyanın ən gözəl metrolarından biridir.

13. Deyilənə görə, Rusiya həm də Metro-2 adlandırılan stansiyalara sahibdir ki, bu da hərbi bunkerləri bir-biriylə bişləşdirir.

14. Ruslar demək olar ki, hər şeyin tutmasını hazırlayırlar.

15. Rusiyada tıxaclar o qədər böyükdür ki, bəzi ruslar süni təcili yardım maşınlarıyla şəhərdə hərəkət etməyi çarə hesab edirlər.

16. Moskvanın Muzeon parkında sovet dövründən qalmış onlarla heykəl və başqa şeyləri görmək mümkündür.

17. Rusiya əhalisində kişi və qadın sayında böyük fərq var. Qadınların sayı təxminən 11 milyon nəfər çoxdur.

18. Müxtəlif araşdırmalar göstərir ki, rus polislərinin yarısından çoxu rüşvət alır.
pahoo.az
Əvvəlki Xəbər