Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)

21 Nisan 2015
2 852
0
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Port-Morsbi, Papua-Yeni-Qvineya

100 min nəfərə 54 qətl, Papua-Yeni-Qvineya paytaxtı nəticəsi belədir. Cinayətkarlığın yüksək səviyyəsi iqtisadiyyatdakı problemlər, işsizliklə əlaqədardır.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Detroyt, ABŞ

Bu tamamilə dövlət dotasiyası hesabına mövcud olan şəhərdir, Detroytun əhalisinin böyük əksəriyyəti afroamerikalılardır. Daimi vandalizm aktları, ümumi işsizlik, aşağı təhsil səviyyəsi Detroytun hər il cinayətlərin üstünün açılması nəticələri pisləşir və qətillərin sayı artır. Bu gün bu rəqəm 100 min nəfərə 46 qətl təşkil edir
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Yeni Orlean , ABŞ

Bu Birləşmiş Ştatlarda ən təhlükəli şəhərdir. Şəhərin belə acıacaqlı vəziyyətə düşməsi şəhər sakinlərinin aşağı yaşayış səviyyəsi, pis təhsil sistemi və tez-tez baş verən təbii fəlakətlərlə əlaqədardır. Təbii fəlakət zamanı soyğunçular talanla məşğul olur. 100 min nəfərə 67 qətl. Turistlərə bu şəhərdən yan keçmək tövsiyyə edilir.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Keyptaun, CAR

Bu Afrikanın ən gözəl və yüksək inkişaf etmiş şəhərlərindən biridir. Keyptaunun işsiz insanların çoxluq təşkil etdiyi, azmış turistin ən yaxşı əşyalarını götürməyə hər zaman şad olan şəhərətrafı hissələri olmasaydı əla olardı. Şəhər problemləri futbol üzrə dünya çempionatı zamanı üzə çıxıb, o zaman turistlər soyğunçuların qurbanı olub.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Kali, Kolumbiya

100 min nəfərə 72 qətl- Kolumbiyanın dünyada ən böyük kokain ixracatçısı olmasından irəli gəlir. Vəziyyətin belə quruluşu narkokartellərin böyük pul vəsaitinə malik olaraq bütün ölkənin həyatına nəzarət edir və hökumət bununla heç nə edə bilmir.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
San-Salvador, Salvador

100 min nəfərə 95 qətllə dördüncü yeri San-Salvador şəhəri tutur. Hüquq müdafiəçilərinin iddiasına əsasən, belə bir vəziyyət hökumətin cinayətkarlıqla mübarizəyə həddindən az diqqət ayırdıqları səbəbindən yaranıb. İnsanların böyük əksəriyyəti üçün əsas problem Mara bandasıdır. O, ölkədə üzvlərinin sayı ən çox olan bandadır və hökumətdə çoxlu sayda korrupsioner əlaqəyə malikdir, məhz bu cinayətkar sindikatla mübarizədə zəifliyə yol açır.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Qvatemala, Qvatemala

Qvatemalada törədilən qətllərin demək olar ki, yarısı paytaxda baş verir- 100 min nəfərə təxminən 90 nəfər. Oğrular, fırıldaqçılar və cibgirlər, bunların hamısına Qvatemala küçələrində həm gecə, həm də gündüz rast gəlmək olar. Turistlər üçün xüsusi təhlükəsiz zonalar mövcuddur, lakin hətta orada belə çoxlu sayda problemlə üzləşmək olar.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
San-Pedro-Sula , Honduras

Regionun turistik baxımdan cəlbediciliyinə baxmayaraq, San-Pedro-Sula turist üçün heç də ən yaxşı seçim deyil. Burada 100 min əhaliyə təxminən 170 qətl düşür. Burada vəziyyət Syudad-Huaresdəki kimidir: bu sərhədyanı şəhərdir, buradan qeyri-leqal narkotik trafiki və qaçaqmal hərəkət edir. Burada vəziyyət belə demək olarsa dəyiçkəndir, sutkanın işıqlı vaxtında şəhərdə hərəkət etmək nisbətən təhlükəsizdir, lakin gecə evdə qalmağınız daha məsləhətli olar.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Karakas, Venesuela

Venesuelanın Karakas şəhəri dünyada ən kriminal təhlükəli şəhərləri adı uğrunda Meksikanın Syudad-Huares şəhəri ilə rəqabət apara bilər. Burada xüsusilə turistlərə amansız yanaşırlar. Turistləri sadəcə gün ortası soyundura və öldürə bilərlər. Turistlərə hücum Karakas haqda fikirlərin mənfi olmasına gətirib çıxarır, bu səbəbdən gəlmə insanlara mühafizəsiz gəzmək tövsiyyə edilmir. Bütün bunlara səbəb Venesuelada işsizlik probleminin olması və az əmək haqqıdır. İnsanların sadəcə olaraq yaşamaq üçün heç nələri mövcud deyil və bu səbəbdən bir yolla mövcudluqlarını davam etdirmək üçün bu yola əl atmağa məcburdurlar.
Dünyanın ən təhlükəli şəhərləri (MARAQLI FAKTLAR)
Syudad-Huares, Meksika

Bu şəhər əlverişsiz kriminogen vəziyyət səviyyəsinə əsasən, birinci yerdədir. Səbəb isə bundadır ki, Syudad-Huares Birləşmiş Ştatlar arasında sərhəddə yerləşir və bu şəhərdən hər gün böyük miqdarda narkotik partiyası daşınılır. Belə bir vəziyyət nəticəsində burada iş ərzində polis əməliyyatı gedişində və sadəcə quldurlar arsında dava zamanı yüzlərlə insan öldürülür. Bu yaxınlarda bu şəhərdə dəhşətli hadisə baş verib. Silahlı şəxs kluba daxil olub və sadəcə silahsız, günahsızşəxslərə atəş açıb. Hadisə nəticəsində təxminən 50 nəfər ölüb.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.