Gəncədə dünya rekordu qırıldı - FOTO

07 Mayıs 2015
2 014
0
Gəncədə dünya rekordu qırıldı - FOTO
Gəncədə dünya rekordu qırıldı - FOTO


Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza "Ginnesin Rekordlar Kitabı"na salınması üçün qeydə alınmışdır.



Feat.aZ-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanın sürətli inkişaf və tərəqqisində önəmli yeri olan Gəncə bu gün qeyri-adi, böyük bir uğura imza atdı. 10 min gəncəli gənc Azərbaycanın özü qədər əbədi olan, həyatının mənasını yalnız xalqına xidmətdə görən, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duyan Heydər Əliyevə sevgilərini ulu öndərin adını daşıyan meydanda dahi şəxsiyyətin canlı portretini və imzasını yaratmaqla bəyan etdilər. Meydanı alqış sədaları bürüdü.

Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar. İlk dəfə olaraq ulu öndərin canlı portretinin yaradılması cahanşümul şəxsiyyətə gəncəli gənclərin məhəbbətinin təzahürüdür.

E.Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək və sertifikat təqdim olunacaq.
Gəncədə dünya rekordu qırıldı - FOTO


Gəncədə dünya rekordu qırıldı - FOTO

Gəncədə dünya rekordu qırıldı - FOTO

Gəncədə dünya rekordu qırıldı - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.