Ailəsi məzarında kitab rəfi qurdu: Leykozun 22 yaşlı qurbanı... - FOTO

08 Mayıs 2015
1 538
0
Ailəsi məzarında kitab rəfi qurdu: Leykozun 22 yaşlı qurbanı... - FOTO
Azərbaycanda ilk dəfə məzarın yaxınlığında kitab rəfi qurulub
Ailəsi məzarında kitab rəfi qurdu: Leykozun 22 yaşlı qurbanı... - FOTO

Kitab rəfi ötən ilin yanvar ayında leykoz xəstəliyindən vəfat edən 22 yaşlı Nərmin Həsənlinin məzarının yanındadır. Bu barədə “Qafqazinfo”ya açıqlama verən mərhumun atası Vüqar Həsənli bildirib ki, qızı BDU-nun kitabxanaçılıq və informatika fakültəsində təhsil alıb: “O, leykoz xəstəliyindən əziyyət çəkirdi. 22 yaşında vəfat etdi. Məzarının yanında kitab rəfi qoydurmuşuq. Hər həftə onun Şirvan qəbristanlığındakı məzarını ziyarət edirik və rəfə kitablar qoyuruq. Kitabların da hər dəfə azaldığının şahidi oluruq”.

V. Həsənli qeyd edib ki, qızı sağlığında 7-8 kitaba redaktorluq edib: “Onun vaxtsız vəfatından çox kədərləndik və arzularını yerinə yetirmək üçün xatirəsinə “Nərmin yayım evi”ni açdıq. Hazırda tərcümələr edib, nəşr etdiririk.


Kitabdan əldə edilən vəsait xərçəng xəstəsi qızlarının müalicəsinə sərf olunur”.

Ailəsi məzarında kitab rəfi qurdu: Leykozun 22 yaşlı qurbanı... - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.