Selfi xəstəliyinə tutulan yerli məşhurlar

05 Eylül 2014
2 229
0
Selfi xəstəliyinə tutulan yerli məşhurlar
Selfi xəstəliyinə tutulan yerli məşhurlar

“Onlar” verilişi tanınmışlar arasında sorğu apararaq onların selfi və İnstaqram sevgisini öyrənib.

FeaT.Az saytı axsam.az saytına istinadən, selfi “xəstəliyi”nə tutulan məşhurları təqdim edir:

Xalq artisti Aygün Kazımova – Mənim selfi şəkillərim var idi. Amma bilmirdim ki, özünü çəkmək selfi adlanır.

Əməkdar artist Abbas Bağırov – 27 min oxucum, iki səhifəm var. Onlardan birində 11 min nəfər məni izləyir. Orada özüm çəkdiyim şəkilləri paylaşıram. Mənim fotolarımın çoxu selfidir. Onu dəbə salanlardan biri də elə mənəm. Castin Biber, Röya, Elçin Hüseynovu izləyirəm.

Meyxanaçı Namiq Qaraçuxurlu – İnstaqramda kim məni izləyirsə, mən də onu izləyirəm.
Müğənni Röya – İnstaqramım başdan-ayağa selfidir. “Xəstəliyə” tutulmuşam.

Müğənni Nadir Qafarzadə - Mənə İnstaqramda profili İlkin Həsəni açıb. Elə ilk şəkli də onunla çəkdirib paylaşmışdım. Gecələr yatanda deyirlər ki, işıq düşür. Məndə yorğanın altına girib, başqalarının şəkillərini bəyənməyə başlayıram.

Aparıcı Nərgiz Məmmədova – Selfi xəstəliyinə tutulmuşam. Bunun müalicəsini bilən var? Profilim “nargiz_mammedova” bu cürdür. Nərgizlər çoxdur. Axır vaxtlar maşında şəkil çəkdirmək həvəsi yaranıb. Yeni proqram yükləmişəm, heç makiyaja ehtiyac yoxdur, şəkili təmiz çəkir.

Aparıcı Şəhriyyar Əbilov – 1324 nəfəri izləyirəm. Selfi “xəstəliyinə” tutulanlardanam, amma sağalmaq da istəmirəm. Şakirani, Cennifer Lopezi izləyirəm. İnanıram ki, bir gün onlar da məni izləyəcək. Birdən görürəm ki, Kənan M.M. məni izləmir, mən də onu dostluqdan çıxartdım.

Aparıcı Afaq Gəncəli – Mənim səhifəm bağlıdır, izləyicim azdır. Emin Ağalarovu oxuyuram. Onun mahnılarını paylaşıram. Artıq-əskik şeyləri çox qoyurlar. Ona görə də, hər adamı izləmirəm.

Cavid Gül – profilim açıqdır, amma izləyicim azdır. Selfi tez-tez paylaşıram. Üç aydır Afaq Gəncəliyə dostluq göndərmişdim, qəbul etməmişdi. Ayaqlarını çəkənləri səhifəmdə görmək istəmirəm.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.