๑۩۞۩๑Ağrılara Tutunmaq ๑۩۞۩๑
Ağrılara tutunmaq daha möhkəm edər, ümüdlərə tutmaq məyus;
Çünki ümüdlər tükənsə də nə vaxtsa, ağrılar tükənməz..
Və hər ağrılar tükəndikcə insan yenilənər ..
Yenidən yaşamağı öyrənər..
Ağrılarınızı sevin .
Vaxt öldürən insanlar var.
Vaxtın da onları öldürdüyünü düşünürlər,
Lakin vaxt sizi öldürmür,sizi ölümə hazırlayır.
Bütün işi bundan ibarətdir vaxtın,sizin həyatınızda.
Əslində toz qaçmadı gözümüzə, və bilərək ağladıq,
Gözlərimizi qaçırmadıq doğrulardan, və bilərək inandıq yalanların var oluşuna,
Heç sevməmiş kimi getmədik, və bilərək üzdük bəzilərimiz,
Və bilərək peşman olduq hər xətamıza..
Və bilərək seçmədik yaşadıqlarımızı..
Mənim həyatım yaşadıqlarımdan ötədir. Mən özünü bir bədən kimi yox, bir fikir kimi görənlərdənəm. Sizə yaxşı həmsöhbət ola bilərəm, amma sizinlə görüşə bilmərəm. Evdə öz dörd divarımın içində istədiyim həryeri yaradacaq xəyal gücünə sahibəm bəlkə, amma sakit bir gündə insan qaynayan parklara çıxmağa cəsarətim çatmaz. Sevgi yada romantikanı oxuduğu romanlar sayəsində tanıyanlardan, adi bir sözdən hürküb qınına çəkilənlərdənəm. Ən adi şeylərdən qorxan, insanlardan uzaq durmağı özünə məşğuliyyət seçmişlərdənəm. Ümid bağlaya biləcəyiniz axırıncı insan. Qorxularından yaratdığı divarların arxasından boylananlardan. İnsan içinə çıxmaqdan və yanlız qalmaqdan ölümünə qorxanlardan. Zəif, gücsüz, qorxaq və aciz....
Getmək istəyirəm artıq buralardan..
Bu şəhərdən,
Bu ölkədən,
Bu dünyadan,
Buralar dediyim hər yerdən getmək..
İzim qalmadan qışda gəzdiyim "buralardan",
Gözüm qalmadan sevib yaşadığım "buralardan",
Sözüm qalmadan ərmağan etdiyim "buralardan"..
Və sevdiyim hərkəsin yaşayaraq öldüyü "buralardan" getmək istəyirəm..
Getmək istəyirəm "buralardan" ..
Həqiqətlər sahilə çıxmaq istəyərkən ruhumuzun dənizlərindən, hər zaman sərinlik bəxş etməz bizə. Bəzən öz ruhumuzun qaranlıq yanları özünü biruzə verərkən, içimizdə böyüyüb, alov-alov yanan hissi gizlədə bilmirik. Nifrət, kin və isyan burulğanı içimizi param-parça edərkən, yaxşı qalmaq üçün verdiyimiz mübarizələrimiz var. Ah, bir göydəki varlığı ya yoxluğu bilinməyən Tanrının anlayacağı əzablarımız var.