Hijab ~ My Right... My Choice... My Life... Foto / Dini Şəkillər / İslam / Seçilmiş Xəbərlər 22 Eylül 2015 6 257 11 Hicab ~ Mənim Hüququm... Mənim Seçimim... Mənim Həyatım... Hicab - Mənim kimliyimdir. Hicab - Mənim mənliyimdir. Hicab - Mənim məxsusiliyimdir. Hicab - Mənim itaətimdir məni Yaradanın əmrlərinə. Hicab - Mənim cihadımdır. Hicab - Mənim imanımın işarəsidir. Hicab - Mənim əqidəmin zərurətidir. Hicab - Mənim ixtiyarımdır. Hicab - Mənim “kəlməyi-şəhadət”imdir. Hicab - Mənim üçün iffət simvoludur. Hicab - Mənim qadınlıq qürurumdur. Hicab - Mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır. Hicab - Mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə. Hicab - Mənim təmizliyimdir yad baxışların çirkinliyindən. Hicab - Mənim “mən” olmağımdır. Hicab - Mənim dinimdir. Hicab - Mənim zamanın axarında qərq olanlara “Dayan!” nidamdır. Hicab - Mənim asanlığım deyil, çətinliyimdir- axı çətinliklə qazanılan daha dəyərlidir. Hicab - Mənim ağır yüklü dəyərimdir. Hicab - Mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir. Hicab - Mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı. Hicab - Mənim naməhrəmlər qarşısında cismani pərdəmdir.