Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

06 Ekim 2015
2 597
2
Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

Tərkibi:

kartof
yumurta
2 x.q. un
duz


iç:

mal ciyəri
1 soğan
bitki yağı
duz
qara istiot


əlavə:

narın suxarı
yumurta sarısı


Hazırlanması:

Kartofu yuyub təmizləyin, suda bişirin. Suyunu tam süzün, duz vurub püre hazırlayın.
Tam soyumuş püreyə 2 x.q. un və 1 çiy yumurta qatıb yaxşıca qarışdırın. Kütlə elastik olmalı, əldən rahat ayrılmalıdır.
Qaraciyəri bişirib blenderdə xırdalayın (ət maşınından çəkə bilərsiniz). Soğanı təmizləyib xırda doğrayın, bitki yağında yumşalınca bişirin. Qaraciyəri soğanla qarışdırıb duz, istiot vurun, 2 x.q. kartof püresi qatın (eynicinsli olması üçün), qarışdırın.
Kartoflu qarışıqdan götürüb əlinizdə yayın, ortasına iç qoyub kənarlarını bitişdirin.
Suxarıya batırın. Yaxud üzərinə sadəcə yumurta sarısı çəkə bilərsiniz. Bitki yağı ilə yağlanmış siniyə düzün.
180-200 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin.
Süfrəyə müxtəlif souslarla, yaxud xama ilə verə bilərsiniz.


Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

Qaraciyər içlikli kartof kotletləri (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    qaraciyer neydi aaa ))) iyrendim lap
  2. AleDa
    • AleDa
    • 24 Ekim 2015 23:34
    Men bunu sade kartof puresınden edırem cox da dadlı alınır. Ama sobada yox yagda qızardıram. Bunuda edecem.. Tewekkurler resept ucun..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.