Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

31 Ekim 2015
3 737
2
Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt
Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

1. Dünya əhalisinin 11%-i, yəni 800 milyon insan kifayət qədər qida qəbul edə bilmir.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünyada yaşayan hər 100 insanın 11-i yetəri qədər qidalana bilmir. Bu insanların 98%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

2. Aclıq yaşayan hər 5 insandan 3-ü qadındır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Dünya Tibb Birliyinin araşdırmasına görə, az inkişaf etmiş ölkələrdəki cinsi ayrı-seçkilik səbəbindən qız uşaqları və qadınlar kişilərdən daha çox aclıq çəkirlər. Bəzi ölkələrdə qadınlar, hər kəs yemək yedikdən sonra yemək yeyə bilərlər. Bu ayrı-seçkilik hamilə qadınlara da şamil edilməkdədir. İnkişaf etməkdə olan ölkələrdə hər doğulan 6 uşaqdan 1-i ölümcül zəiflikdə dünyaya gözlərini açır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

3. 5 yaşından əvvəl həyatını itirən uşaqların yarısının ölüm səbəbi aclıqdır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

BMT-nin araşdırmasına görə, hər il təqribən 6 milyon uşaq, yəni gündə 16 500 uşaq aclıqdan vəfat edir. Eyni araşdırmaya görə, inkişaf etməkdə olan ölkələrdə hər 4 uşaqdan 1-i çəki çatışmazlığı yaşamaqdadır. Qida çatışmazlığının ölümlərinə səbəb olmadığı uşaqlar isə böyümə problemi, bədən və beyin inkişafının tam olmaması ilə bağlı problemlər yaşayırlar.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

4. Dünyada hər il bütün bəşəriyyətə bəs edəcək miqdarda qida istehsal edilsə də, bu qidanın böyük hissəsi israf edilir.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Dünyanın istehsal etdiyi qidanın 3-də biri yəni 1.3 milyard ton qida müxtəlif səbələrdən israf olunmaqdadır. Təkcə ABŞ-da 222 milyon ton qida zibilə atılır. Bu isə bütün Afrikanın istehsal etdiyi qidaya bərabərdir.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

5. Qadınlara evin maliyyə işləri ilə bağlı daha çox hüquq verilməsi, 150 milyon insanı aclıqdan qurtara bilər.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

BMT-yə görə ailə büdcəsinin qadında olması qlobal aclıqla savaşda çox vacib bir rol oynaya bilər. Qadınları bu mövzuda məlumatlandırmaq uşaqları qorumağa və 150 milyon insanın aclıqdan qurtulmağa səbəb ola bilər.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

6. Vərəm, AIDS və Malyariya xəstəliklərinin cəmindən ölən insan sayı, aclıq çəkərək ölənlərdən daha azdır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Qəribə də olsa aclıqdan ölənlərin sayı Vərəm, AIDS və malyariyadan ölənlərin sayından daha çoxdur. Bu xəstəliklərlə mübarizə aparmaqla bərabər, aclıqla da daha ciddi şəkildə mübarizə aparmalıyıq. Bunun ən əsas yolu da qida təhlükəsizliyi və ədalətli paylaşmanı təmin etməkdir.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

7. Bir uşağın günlük qida xərci 50 qəpikdən daha azdır.

Dünyada yaşanan aclıq haqqında 7 tükürpədici fakt

Hesablamalara görə, bir uşağın məktəb ili boyunca qidalanması üçün 60-70 dollar kifayətdir. Kasıb ailələr çox vaxt uşağın işləyib çörək pulu qazanması ilə məktəbə getməsi arasında qərarsız qalırlar. Bu səbəbdən də, dövlətlərin məktəblərə qida yardımı etməsi çox vacib məsələlərdən biridir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 31 Ekim 2015 20:44
    Ureyim agridi gercekden. Her halimiza sukur. Allah o korpe balalari saxlasin.
  2. ...DUALARIMDASAN...
    ureyim agridi bele seyleri gorene nifret edirem dunyaya
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.