"Ağca" ruleti (foto-resept)

03 Kasım 2015
2 403
2
"Ağca" ruleti (foto-resept)
"Ağca" ruleti (foto-resept)

Tərkibi:

130q + 60 q mayonez (və ya xama)
4 yumurta
2 ərinmiş pendir (məsələn, "Drujba")
təzə şüyüd
1 diş sarımsaq
qara istiot
duz
1 yerkökü


Hazırlanması:

Pendiri dondurucuda 20 dəqiqə saxlayın.

Yumurtaları ləyənə qırın. Duz, qara istiot vurub çalın. Mayonez (xama) qatıb eynicinsli kütlə alınıncayadək çalın.

"Ağca" ruleti (foto-resept)

Siniyə perqament döşəyin. Yerkökünü təmizləyin, çiçəklər kəsib perqamentin üstünə düzün, şüyüddən budaq düzəldin.

"Ağca" ruleti (foto-resept)

Çalınmış yumurtanı ehtiyatla üzərinə tökün ("güllər" dağılıb üzə çıxmasın).

"Ağca" ruleti (foto-resept)

180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Omlet şişib qızarmağa başladısa, deməli, bişib.

Bu müddətdə iç hazırlayın. Dondurduğunuz pendiri sürtgəcin iri gözündən keçirin, xırdalanmış sarımsaq və şüyüdlə qarışdırın. Xama, yaxud mayonez qatıb yaxşıca qarışdırın.

"Ağca" ruleti (foto-resept)

Omleti sobadan çıxarın, bir qədər soyudun. Səliqə ilə perqamentlə birlikdə sinidən çıxarın. Qida plyonkasının üstünə çevirin. Omleti cırmadan perqamenti soyun. Kənarları əyri alınıbsa, narahat olmayın, onsuz da rulet kimi büküləcək və bilinməyəcək.

"Ağca" ruleti (foto-resept)

Yaş qaşığın köməyi ilə içi omletin üzərinə bərabər qaydada yayın. Üzərində olduğu qida plyonkasının köməyilə "şəkil" olmayan tərəfdən başlayaraq rulet kimi bükün. Elə həmin plyonkaya büküb plyonkanın kənarlarını qatlayın.

"Ağca" ruleti (foto-resept)

2 saat, ən yaxşısı - 1 gecə soyuducuda saxlayın.

Qida plyonkasını açın, qəşəng görünsün deyə, nahamar uclarını iti bıçaqla kəsin.


"Ağca" ruleti (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Qarışıq görünür ancaq bir o qədərdə dadlı)
    -Təşəkkürlər resept üçün..)
  2. AleDa
    • AleDa
    • 3 Kasım 2015 12:45
    Ne dadlı gorunur.. Cox beyendım reseptı. Edecem tewekkurler..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.