Qarabaşaqlı hind toyuğu (foto-resept)

06 Kasım 2015
1 967
2
Qarabaşaqlı hind toyuğu (foto-resept)
Qarabaşaqlı hind toyuğu (foto-resept)

Tərkibi:

300 q hind toyuğu əti.
150 q qarabaşaq yarması.
1 ədəd soğan.
20 diş sarımsaq.
1 ədəd qırmızı bolqar bibəri.
50 ml tomat pastası.
200 ml su.
Duz –istiot zövqə görə.
Qurudulmuş şüyüd.
Bəzəmək üçün yaşıl soğan.


Hazırlanması:

Soğan, bolqar bibəri, kub şəkilində doğranır.Sarımsaqlar əzilir.

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Əti artıq piylərdən və sümükdən təmizləyib onuda kub şəklindən doğrayın. Əslində bu yeməkdə diğər ətlərdən istifadə edə bilərsiniz.Yəni hind toyuğu sevməyənlər də bu yeməyi öz istəklərinə uyğun istər toyuq istərsədə mal əti ilə hazırlaya bilərlər.

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Tavada tərəvəzləri, yəni soğan və bibəri sarımsaqla qovurmağa başlayın.Onların birlikdə gözəl ətri yayılana və qızarana qədər davam edin.

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Qızarmaqda olan tərəvəzlərin üzərinə ət tikələrini əlavə edib, ətlərin rəngi dəyişənə qədər eyni rejimdə bişirməyə davam edin.

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Üzərinə tomat pastası, su, qurudulmuş şüyüd duz istiot əlavə edin və qarışdırın.

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Bir qədər sonra qarabaşaq yarmasını və daha 100 ml su əlavə edərək 30-40 dəqiqə bişirin.Və yeməyiniz hazır olanda sonra süfrəyə vermək üçün yaşıl soğanla bəzəyin.


Qarabaşaqlı hind toyuğu (foto-resept)

Qarabaşaqlı hind toyuğu (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. AleDa
    • AleDa
    • 9 Kasım 2015 19:12
    Dadlı gorunur adı toyuqla edecem .. Beyendım reseptı..
  2. -Aydan-
    -Dadlı görünür)
    -Təşəkkürlər gecə-gecə)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.